"Azərbaycan Kinematoqrafçılar İttifaqında insanlar doğma və ögeylərə bölünüb"
28.07.2012 [14:36]
Xəbər verildiyi kimi, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb (ARKİ). Yeni qurumun yaradılması ilə bağlı “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib. Tədbirdə çıxış edənlər Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu vurğulayıblar. Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı artıq Ədliyyə Nazirliyindən rəsmən qeydiyyatdan da keçib.
Lakin Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov və ona yaxın olanlar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasını xüsusi qəzəblə qarşılayırlar. Bu qəzəb müxtəlif KİV-lərə verilən açıqlama və müsahibələrdə də öz əksini tapır. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev deyib.
Onun sözlərinə görə, kinoşunas Aygün Aslan və kinorejissor Rövşən Almuradlı da iyulun 26-da “Azadlıq” radiosunda müsahibələrində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına qarşı fikirlər səsləndiriblər: “Mən diqqətlə “Azadlıq” radiosunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına qarşı irəli sürülən ittihamları dinlədim. Əvvəla, bu çıxışlar məndə təəssüf və təbəssüm hissi oyatdı. Təəssüf hissi oyatdı ona görə ki, məni suçlayan dörd il dərs dediyim keçmiş tələbəm Aygün Aslan və vaxtı ilə mənə dost deyən rejissor Rövşən Almuradlıdır. Mən ilk növbədə keçmiş tələbəm Aygün Aslana cavab vermək istəyirəm. Birincisi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı iki ay bundan öncə yox, əksinə, 29 iyun 2012-ci il tarixində dövlət qeydiyyatından keçib. Aygün xanım, gördüyünüz kimi, yeni təşkilatın yaranmasının bir ayı da hələ tamam olmayıb. Odur ki, oxucularda yanlış fikir yaratmağa çalışmayın. ötən 25 gün ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təşkilati məsələlərlə məşğul olub, öz strukturunu formalaşdırıb və Milli Kino Gününə hazırlıq işləri aparıb. Bizim fəaliyyətimiz barədə mətbuatda kifayət qədər məlumat var. Aygün xanım, nə tez siz 25 gün ərzində bizim fəaliyyətsizliyimizi gördünüz, amma 40 il ərzində Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətsizliyini görmək istəmirsiniz?! Siz körpə yaşında olanda mən artıq həmin ittifaqın fəal üzvlərindən biri idim və siz körpə olarkən haradan bildiniz ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında nələr baş verib?! Bu, çox gülməlidir! Siz deyirsiniz ki, yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı niyə dövlətdən kömək istəyir? Bəs sizin hal-hazırda hazırladığınız “Fokus” jurnalı dövlət hesabına çıxmırmı?! Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uuniversitetini bitirəndən sonra dövlətin nəşr etdiyi “Kino+” qəzetində işləmirdinizmi?! Bəlkə, dövlətin hesabına təhsil aldığınızı da unutdunuz?! Nə tez dövlətin sizə etdiklərini unudursunuz?!”.
Rövşən Almuradlının səsləndirdiyi fikirlərə gəlincə, Cəmil Quliyev aşağıdakıları bildirib: ““Azadlıq” radiosundakı çıxışınızda dostluqdan, əqidədən, mənəviyyatdan çox danışdınız. Lakin çıxışınızın əvvəlində bizi təhqir edib, “gəmini tərk edən siçovul” adlandırdınız. Belə ifadələr söyləmək ziyalıya yaraşmaz! Mənim sizə bir sualım var: əgər Rüstəm İbrahimbəyovu siz belə yaxşı tanıyırsınız və sevirsinizsə, onda niyə 5 il əvvəl kino məktəbi ilə bağlı “probleminiz” yarananda mənə müraciət etdiniz və mən dostcasına sizə kömək etdim. Niyə bu illər ərzində dəstəklədiyiniz R.İbrahimbəyov sizi fəxri adlara təqdim etmədi? Siz illər boyu dövlətin ayırdığı vəsait hesabına filmlər çəkib, tamaşalar hazırlamısınız. Amma indi dövləti bəyənmirsiniz, onun əleyhinə danışırsınız. Sonda sizə deyirəm, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqını üzvlər tərk edir və edəcəklər! Bu, belə də olacaqdır. çünki ittifaq bu insanlara qarşı illər boyu diqqətsiz olub, hətta onların bəzilərini ad günlərində də təbrik etməyib. Azərbaycan Kinematoqrafçılar İttifaqında insanlar doğma və ögeylərə bölünüb, ittifaqın rəhbərliyinə yaxın insanlar üçün bütün imkanlar yaradılıb. Bunu siz yaxşı bilirsiniz. Bu gün bəzi siyasi qüvvələr Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətini suçlamaq üçün müəyyən insanları bizə qarşı səfərbər edib. Mən təəssüf edirəm ki, bu insanların arasında siz də varsınız. Amma bilin və agah olun ki, mən yeni yaradılmış təşkilatı hər zaman müdafiyə edəcəm və məni öz mövqeyimdən heç kim döndərə bilməz”.
Nadir
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

