/ / TANAP layihəsinin reallaşması dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək
TANAP layihəsinin reallaşması dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək
15.08.2012 [00:38]
Məlum olduğu kimi, müstəqillik əldə etdikdən sonra bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi strategiyanı hazırda da uğurla davam etdirir. Bu gün ölkəmiz Avropanın əsas enerji tərəfdaşına çevrilib və bu qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Rəsmi Bakının bu strategiyası ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına da müsbət təsir göstərir.
Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Avropanın bir sıra ölkələrinin yanacaq təchizatını yaxşılaşdırmaqdadır. Eyni zamanda, iri qaz istehsalçısına çevrilən ölkəmiz hasil etdiyi təbii qazın müxtəlif marşrutlarla ixracında da maraqlıdır. Bu gün Azərbaycan qazı Rusiya, İran, Gürcüstan və Türkiyəyə ixrac edilir.
Yəni, hazırda Azərbaycan qaz ixracı marşrutlarının diversifikasiyasına nail olub. ölkəmizin enerji sektorunun inkişafı, “Şahdəniz” layihəsinin ikinci mərhələsinə hazırlıq, “ümid” yatağının kəşfi və işlənməyə hazırlanması, “Abşeron” blokunda iri qaz yatağının aşkarlanması və digər perspektiv işlər isə yaxın illərdə Azərbaycanda təbii qaz hasilatının həcminin əhəmiyyətli surətdə artacağına dəlalət edir. Bu isə yeni ixrac imkanlarını inkişaf etdirmək zərurəti yaradır.
Azərbaycan enerji sahəsində Türkiyə ilə də fəal əməkdaşlıq etməkdədir. Respublikamızın Avropaya inteqrasiyasında və xarici ölkələr arasında çəkisinin artmasında əhəmiyyətli rola malik olan mövcud transmilli layihələr, həm də, qardaş Türkiyənin tranzit ölkəyə çevrilməsinə öz töhfəsini verib. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya “uzanmaqdadır”. Məhz bu amil hər iki qardaş ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır, həmçinin, qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir.
Hazırda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) layihələrinin gerçəkləşməsinə nail olan hər iki ölkə nəinki regionun, bütünlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Digər tərəfdən, BTC, BTƏ, BTQ kimi iri layihələr hər iki dövlətə olan diqqəti daha da artırmaqla yanaşı, həm də, daha çox investisiyaların cəlb edilməsini, ölkə iqtisadiyyatına əlavə gəlirlərin gətirilməsini şərtləndirir.
Əksər ekspertlərin vurğuladığı kimi, Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu qaz kəməri (TANAP) layihənin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
Yeri gəlmişkən, iyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, TANAP Azərbaycan və Türkiyənin birgə layihəsidir: “Mən tam əminəm ki, bu layihənin uğurlu nəticəsi olacaqdır. çünki bu günə qədər Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin heç biri iflasa uğramayıb. Hər biri gözəl nəticələrlə sonuclanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və digər kəmərlər Azərbaycan tərəfindən icra edilib və uğurla icra edilib”.
Məlum olduğu kimi, cari il iyunun 26-da İstanbulda Trans-Anadolu qaz boru kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyənin iqtisadi sahədə, xüsusən də enerji, investisiya yatırımı üzrə əməkdaşlığı baxımından iki ölkə arasında tarixi razılaşma imzalanıb. Bu razılaşma Türkiyə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirməklə yanaşı, həm də, Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisədir.
Türkiyə TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşıdır. Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur.
Sözsüz ki, belə bir beynəlxalq iqtisadi layihənin qardaş Türkiyə ilə birgə həyata keçirilməsi Azərbaycanın çox böyük gücə və potensiala sahib olduğunu nümayiş etdirir. Bu, istər siyasi, istərsə də iqtisadi nöqteyi-nəzərdən beynəlxalq səviyyədə Azərbaycanın mövqelərinin möhkəmlənməsində çox uğurlu addımdır. Bu razılaşma Azərbaycanla Türkiyə arasında “bir millət, iki dövlət” prinsipinin daha da genişlənməsi, dərinləşməsi üçün çox böyük əsaslar yaradır.
TANAP layihəsi iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, həmçinin, Xəzərin Azərbaycan sektorundan çıxan zəngin qaz ehtiyatlarının (hazırda 2,6 trilyon kubmetr qaz ehtiyatı aşkarlanıb) Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması və əldə olunmuş gəlirin Azərbaycanın və müvafiq olaraq Türkiyənin inkişafına yönəldilməsinə, dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 7 milyard dollarlıq bu layihə 5 il içində tamamlanacaq və ilkin olaraq keçiriciliyi 16 milyard kubmetr olan boru kəmərinin gücünün sonradan 50 milyard kubmetrə çıxarılması nəzərdə tutulur. 80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə məxsus olacaq Trans-Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur.
Sözügedən layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
TANAP layihəsinin reallaşması nəticəsində ARDNŞ-in Türkiyəyə yatırdığı investisiyaların həcmi 17 mlrd. dollara çatacaq. Layihənin reallaşması nəticəsində Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət ARDNŞ, ən böyük ölkə isə Azərbaycan olacaq.
Hazırda TANAP-ın reallaşması ilə bağlı hazırlıq işləri başlanıb və layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır, növbəti addım olaraq onun maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi və maliyyə institutları ilə danışıqların aparılması planlaşdırılır. TANAP layihəsinin işə düşməsi “Şahdəniz-II” layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Şahdəniz-II” layihəsi çərçivəsində hasil olunacaq təbii qazın nəqlini təmin etmək üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin (Səngəçaldan tutmuş Gürcüstan-Türkiyə sərhədinədək hissə) buraxılış gücünün artırılması da əsas hədəflərdəndir.
SEVİNC
Xəbər lenti
Hamısına baxSosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52

