/ / Moskva Dövlət Universitetinin Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilib
Moskva Dövlət Universitetinin Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilib
15.08.2012 [00:38]
Dünən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilib.
Tədbirdə universitetin rektoru Nərgiz Paşayeva MDU-nun Bakı filialının tələbəsi adını qazanmış abituriyentləri təbrik edərək bildirib ki, 2012-ci il universitetin həyatında xüsusi il olub. O, deyib: “Bu il 2008-ci ildə fəaliyyətə başlayan MDU-nun Bakı filialının ilk buraxılışı olub. Universitetdə yeni fakültə - iqtisadiyyat fakültəsi açılıb, habelə növbəti qəbul aparılıb. Onun nəticələrinə əsasən abituriyentlər dünyanın ən yaxşı ali məktəblərindən birinin tələbələri olublar”.
İmtahanları Moskvadan gələn xüsusi qəbul komissiyasının götürdüyü barədə məlumat verən rektor vurğulayıb: “Komissiya qərəzsiz işləmişdir, imtahanların nəticələri obyektivdir”.
Tələbələri yaxşı oxumağa, öz üzərində çalışmağa dəvət edən N.Paşayeva deyib: “Yaxşı təhsil almaq üçün burada hər cür şərait yaradılıb. Universitetdə yüksək ixtisaslı moskvalı müəllimlər dərs deyirlər. Onlar sizə bilik vermək, peşəkar mütəxəssis olmağınıza kömək etmək üçün Bakıya gəlirlər”.
N.Paşayeva daha sonra deyib: “MDU-nun Bakı filialı biliklərdən başqa dostluq və qarşılıqlı anlaşma da bəxş edir. Müxtəlif fikir ayrılıqlarının, toqquşmaların çox olduğu müasir dünyada insanları birləşdirməyə elm və mədəniyyət qadirdir. ümidvaram ki, universitetin bu missiyasını həmişə xatırlayacaq və həyata keçirəcəksiniz. Yadda saxlayacaqsınız ki, MDU-nun Bakı filialı Azərbaycan və Rusiya alimlərinin dostluq və əməkdaşlığının təcəssümüdür”.
Rektor onu da bildirib ki, tələbələr təkcə universitetin indiki korpusunda deyil, həm də yeni kampusda məşğul olacaqlar. İnşası artıq başa çatmış yeni binanın tezliklə açılışı olacaq.
Qəbul komissiyasının məsul katibi Aleksey Popov bildirib ki, bu il MDU-nun Bakı filialına 106 abituriyent daxil olub. Ali məktəbə 289 nəfərin ərizə verdiyi barədə məlumat verən A.Popov deyib: “Qəbul planı 125 yer təşkil edirdi. Filiala Bakıdan başqa Azərbaycanın 23 rayon və şəhərindən 49 nəfər da ərizə verib. Onlardan 18-i ali məktəbə daxil olub. Bundan əlavə, filiala Rusiya Federasiyasının Komi Respublikasının Usinsk şəhərindən bir nəfər daxil olub”.
Bir yerə 6,4 ərizənin verildiyi rus filologiyası bölməsində də yüksək rəqabət müşahidə olunub. Bundan əlavə, yenicə açılan iqtisadiyyat fakültəsi abituriyentlərdə böyük maraq doğurub. Belə ki, 25 yerə 93 ərizə verilib. Psixologiya və kimya fakültələrində müsabiqə olmayıb. Komissiya üzvləri bildiriblər ki, abituriyentlərin çoxunun rus dili bilikləri yüksək səviyyədə olub. 106 abituriyentdən 102-si orta məktəbi rus dilində, 4 nəfəri isə Azərbaycan dilində bitirib. Ən yüksək keçid balı fransız filologiyası üzrə imtahanlarda qeydə alınıb: 161 bal.
Qeyd edək ki, 2012-2013-cü illərdə MDU-nun Bakı filialında təhsil alan tələbələrin ümumi sayı 411 nəfər təşkil edir ki, onların da 388-i bakalavriaturada, 23-ü magistraturada təhsil alır.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

