Ramil Səfərovun azadlığa çıxması qətiyyətin, cəsarətin və ədalətin təntənəsidir
01.09.2012 [17:35]
“Prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında Sərəncamını mən qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırmaq istəyirəm. Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir”. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
Ramil Səfərovun valideynlərinə və yaxınlarına təbriklərini çatdıran YAP-ın Sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaqdır. çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində bir oxşarlıq var: həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olmuşdu. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də hörmətli Prezident və Ali Baş Komandan İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də, inanıram elə bu cür aradan qaldırılacaq.
“Əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir. Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır. Dünya tarixində Azərbaycanın kimə, hansısa bir dövlətə qarşı təcavüzü, haqsızlığı, başqalarının torpaqlarına göz dikməsi faktı qeydə alınmayıb. Azərbaycanın haqqı var ki, digərlərindən də eyni münasibəti gözləsin və sevindirici haldır ki, Macarıstan tərəfi bütün bunları qiymətləndirə bildi” - deyə, Əli Əhmədov bildirib.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “ağıl olan yerdə gücə elə bir ehtiyac qalmır” kəlamını iqtibas gətirən YAP-ın Sədr müavini Əli Əhmədov Ramil Səfərovun azadlığa buraxılmasını məhz bu ağlın, müdrikliyin nəticəsi kimi qiymətləndirib: Bu, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin müdrikliyin nəticəsidir.
Əli Əhmədov daha sonra, “Əlbəttə, Azərbaycanın indi gücü də var və Qarabağı 20 ildən çox işğal altında saxlayanlar onu gözəl dərk edirlər. Həm ağıl var, həm də güc. Belə olanda ürəkdən demək istəyirəm: haydı irəli, Azərbaycan! Bayrağın uca olsun!” - deyə, qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46

