Konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq
21.05.2024 [09:50]
Siyasi partiyalar arasında müzakirələr həmrəylik mühitini təşviq edir
Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, 2019-cu ildən etibarən start götürmüş siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını qoyub - bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu, həm də yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi ialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da güclənməsinə yol açır. Təsadüfi deyil ki, hələ 2019-cu ildə yaradılan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin uğurlu fəaliyyəti partiyalararası əlaqələrin güclənməsində əsaslı rol oynayıb. 2020-ci il Vətən müharibəsi dövründə, 2023-cü ildə antiterror tədbirləri zamanı Azərbaycanın siyasi palitrasının dövlətçilik və milli maraqlar çərçivəsindən çıxış etməsi isə bu birliyin, həmrəyliyin əyani təzahürünə çevrildi.
Bu xoş və əsaslı ənənə hazırda daha da sıx şəkildə davam etdirilir - artıq siyasi mühitin yeni standartlara, yeni çağırışlara uyğun inkişafı üçün əsaslı zəmin formalaşıb. Qəbul edilmiş yeni qanun siyasi partiyaların fəaliyyətində əsaslı dönüş və inkişaf yaradıb. Siyasi dialoqun uğurla inkişaf etdirilməsi isə bu mənada xüsusi əhəmiyyət daşqıyır - mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keiəçrilən görüş yeni siyasi münasibətlər sisteminin inkişafına əsaslı töhfə sayıla bilər.
Xatırladaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tədbirdə çıxış edərək dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Eyni zamanda, tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər.
Tahir Kərimli: Azərbaycanın siyasi palitrasının mütləq əksəriyyəti bu görüşdə iştirak edirdi
Görüşdə iştirak edən Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli qəzetimizə açıqlamasında bildirib ki, tədbir formatına görə seçilirdi - bu formatda görüş ilk dəfə baş tuturdu: “Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin, Hesabalama Palamatasının, Maliyyə nazirliyinin, MSK-nın, Ədliyyə nazirliyinin nümayəndələrinin və 25 siyasi partiyanın nümayəndəsi iştirakı edirdi. Tədbir çox səmərəli keçdi. Qeyd edim ki, bu addım ölkəmizdəki çoxpartiyalı sistemin inkişafında yeni və böyük bir mərhələdir. Azərbaycanın siyasi palitrasının mütləq əksəriyyəti bu görüşdə iştirak edirdi. İştirak etməyən isə yalnız özünü kənarda saxlayır. Tədbirdə çox mədəni bir ortam vardı. Bu mənada, Prezident Administrasiyasının müvafiq şöbəsinin müdiri Ədalət Vəliyevin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Hamıya fikirlərni bölüşmək üçün imkan yaradıldı, hər kəs öz fikirlərini səsləndirdi, təkliflərini verdi, qanunla bağlı müzakirələrdə iştirak etdi. Bu onu göstərir ki, Azərbaycanın siyasi partiyalarının mütləq əksəriyyəti dövlətçilik və milli məsələlərdə əməkdaşlıqda maraqlıdırlar. Bu həm də sabitliyin rəhni deməkdir. Təcrübədən bilirik, bir sıra xarici dövlətlər, bir sıra beynəlxalq güclər siyasi partiyalar, QHT-lər üzərindən öz maraqlarını təmin etməyə çalışır. Amma yaradılan milli birlik, siyasi həmrəylik bu kimi cəhdləri zərərsizləşdirir. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın siyasi palitrası birlik nümayiş etdirərək bir yumruq kimi Ali Baş Komandanın ərafında birləşdi, ordumuzu və Ali Baş Komandanı dəstəklədi. Bu birlik bütün dünyanı təəccübləndirdi”.
Partiya sədri bildirib ki, qarşıdan parlament seçkiləri gəlir və artıq bütün siyasi ab-hava buna köklənib. “Hər kəs sivil qaydada öz potensialını müəyyənləşdirir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra bu görüş ilk belə geniş formatlı görüş idi. Hər kəs qanunun tətbiqi və nəticələri haqda danışdı. Mən də danışdım və bildirdim ki, siyasi partiyaların nümayəndələri artıq Milli Məclisidə komitə sədri, müavini səviyyəsində təmsil olunur, siyasi partiyalar qərargahla təmin edilir, bu kimi dialoqa xidmət edən görüşlər keçirilir. Bu çox müsbəti dəyərləndirilməlidir. Eyni zamanda, çox ciddi bir ənənənin əsasını qoyur”, - deyə T.Kərimli vurğulayıb.
Arzuxan Əlizadə: Belə görüşlər müsbət tendensiyadır
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də görüşlə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, AMİP tədbirin keçirilməsini təqdir edir: “Görüşdəki çıxışımda da bu məqamı bir daha vurğuladım. Partiyamız ümumilikdə ölkədə müxtəlif məsələlərlə bağlı siyasi təşkilatların bir araya gəlməsini, “dəyirmi masa” arxasında məsələlərin müzakirə etməsini, problemlərin həlli istiqamətlərini birgə müzakirə etməsini dəstəkləyir. Bu baxımdan da analoji tədbirlərin keçirilməsi tərəfimizdən yüksək qiymətləndirilir. Artıq bir neçə ildir ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. 2019-cu ilin noyabrında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsi yaradılıb. Ötən dövr ərzində siyasi partiyalarla əlaqələr genişləndirilib, bir sıra partiyaların problemləri həll edilib. Bu prosesdə təbii ki, yeni yaradılmış şöbənin və onun rəhbərliyinin kifayət qədər əhəmiyyətli rolu var. Mayın 16-da keçirilən tədbir də bu qəbildən əvvəllər keçirilmiş görüşlərin davamı kimi qiymətləndirilməlidir”.
A.Əlizadə vurğulayıb ki, bu dəfə fərqlilik görüşdə bir sıra müvafiq dövlət strukturlarının rəsmilərinin də iştirak etməsindən qynaqlanırdı. “Tədbirdə MSK və digər strukturların nümayəndələri də təmsil olunurdular. Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi və həmin qanunun çərçivəsində siyasi partiyaların bundan sonrakı fəaliyyətinin qurulması və bu kimi məsələlərlə bağlı izahatlar dinlənildi, eyni zamanda, gələcək münasibətlərin inkişafı ilə bağlı yol xəritəsi də göstərildi. Bu tip tədbirlərin keçirilməsi vacib hesab olundu. Ədalət Vəliyev çıxışında vurğuladı ki, bundan sonra da müxtəlif məsələlərlə bağlı bu çərçivədə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu kimi hallar isə siyasi partiyaların ölkənin siyasi gündəmindəki iştirakını daha da aktual edəcək. Bir daha vurğulayım ki, belə görüşlər müsbət tendensiyadır və bu cür davam edəcəksə müsbət qiymətləndiriləcək”, - deyə AMİP sədri əlavə edib.
Mirmahmud Mirəlioğlu: Tədbir aparılan uğurlu fəaliyyətin bir nəticəsidir
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu görüşü iqtidar ilə müxalifət arasında birgə müzakirələrin təşkili istiqamətində atılan növbəti addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu tədbir aparılan uğurlu fəaliyyətin bir nəticəsidir: “Müzakirə olunan məsələ “Siyasi partiyalar haqqında” qanunun tətbiqi ilə bağlı idi. Qeyd edim ki, belə bir müzakirə ilk dəfədir təşkil olunurdu. Ümumiyyətlə, son illərdə siyasi dialoqun inkişafı ilə bağlı atılan addımları, Prezident Adminstrasiyasında müvafiq şöbənin yaradılmasını, şöbənin fəaliyyətini müsbət dəyərləndiririk. Tədbirdə iştirak etdik, fikirlərimizi də bölüşdük. Bu görüşlərin davamlı olması vacibdir. Eyni zamanda, nəticə verməlidir. İrəli sürülən təkdliflər nəzərə alınmalıdır və bu nəticə bu işi daha səmərəli edəcək. Təbii ki, müzakirə olunası məsələlər var. Həmin məsələlərlə bağlı fikir mübadiləsi aparılmalı, təkliflər səsləndirilməlidir. Bu tip görüşlər həm də partiyalararası münasibətlərin get-gedə güclənməsinə yol açır. Etiraf edək ki, bu vaxta qədər partiyalararası münasibətlər elə ürəkaçan deyildi. Son illər bu daha çox nəzərə çarpırdı. Belə görüşlərin müsbət tərəflərindən biri də odur ki, partiya rəhbərləri artıq bir masa arxasında oturur, bir-birlərinin fikirlərini eşidirlər, bir-biri ilə danışırlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59

