Vardanyandan istifadə etməyə çalışanlar...
23.05.2024 [10:25]
Xarici mətbuat “aclıq aksiyası” şousunun əsl üzünü ifşa etdi
Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni siyasi reallıqlar mühüm konturları ilə seçilir. Xüsusilə də 2023-cü ilin sentyabrında baş tutmuş lokal antiterror tədbirləri nəticəsində ləğv edilmiş erməni separatizmi bölgənin təhlükəsizlik seqmenti üçün əsaslı əhəmiyyət daşıyır. İllərlə terror təhdidi yaradan, işğalçı iddialar səsləndirən, qeyri-qanuni silahlanan və ya silahlandırılan separatçı xunta birdəfəlik məhv edildi - bu reallıq artıq bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilir.
Təəssüfləndirici haldır ki, bəzi dairələr, xüsusilə Fransa zaman-zaman buqələmun dona bürünərək öz marağı xatirinə hətta beynəlxalq hüququ belə ikinci plana keçirir - ötən dövrlərdə korporativ mənafenin qorunmasına yönəlik bir sıra presedentlər bunu deməyə əsas verir. Məsələn, rəsmi Parisin separatizmə yanaşmada, terrora və terrorçuya baxışda, hətta dini-irqi ayrı-seçkilik məsələsində prosesləri öz “pəncərəsi”ndən dəyərləndirməsi mənfi tendensiyalar yaradıb. Cənubi Qafqaza, xüsusilə, Azərbaycana münasibətdə də eyni “standartlar”dan çıxış edilməsi isə Fransanın çirkin niyyətini ortaya çıxarır. Məsələn, illərlə Qarabağda fəaliyyət göstərən separatçı xuntanı yaşatmaq və onun əli ilə özünün bölgəsəl maraqlarını təmin etmək üçün maliyyə “xərcləyən”, silah-sursat təminatı formalaşdıran Parisin bu dəfə həmin xunta üzvlərinin “dəstəkçisi” və ya “himayədarı” qismində üzə çıxması bu ölkə üçün əsl siyasi fiaskodur. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərinin ardından həbs olunaraq Bakıya gətirilmiş separatçı xuntanın üzvü Ruben Vardanyanın məsuliyyətdən yayındırılması üçün aparılan “mətbu təşviqatın” önündə yer alan Fransa və onun media strukturları beynəlxalq hüquqa arxa çevirirlər. Halbuki, bu şəxslər açıq şəkildə separatizmi təşviq edib, qeyri-qanuni əməllər törədiblər ki, bu gün də hüquq qarşısında məsuliyyətlərini daşıyırlar. Xüsusilə, Vardanyanın “azadlığı” uğrunda “mübarizə” aparan Fransa və digər “himayədarların” iç üzü isə elə beynəlxalq media tərəfindən ifşa edilir. Belə ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın ölkəsinin populyar “Israel HaYom” qəzetində “Aclıq aksiyası keçirənlər bunun nəticələrinə qatlanmalıdırlar” sərlövhəli məqaləsi dərc edilib. Aclıq aksiyasından siyasi məqsədlərlə manipulyasiya vasitəsi kimi istifadə olunmasına müxtəlif misalların təhlili əsasında etiraz edən müəllif Azərbaycanda həbsdə saxlanılan erməni separatçı Ruben Vardanyanın məsələsinə də toxunub. Məqalədə qeyd olunub ki, ailəsi onu həyatını siyasətə qurban verməməyə inandırdıqdan sonra erməni separatçı Ruben Vardanyan aclıq aksiyasını dayandırıb. Vardanyan həftələrlə yeməkdən imtina etdikdən sonra onun oğlu David Vardanyan atasının səhhəti ilə bağlı narahatlığını dilə gətirib. Azərbaycan tərəfi həmişəki qaydada humanist yanaşma nümayiş etdirərək erməni separatçıya ailəsi ilə danışmağa və həbsxanadan bir neçə bəyanat verməyə imkan yaradıb. Nəticədə Ruben Vardanyan həyat yoldaşı ilə telefon danışığından sonra aclıq aksiyasına son qoyub. Bununla müəllif aclıq aksiyası keçirənlərin sağlam düşüncə ilə hərəkət etməsində onların ailə üzvlərinin təsirinin əhəmiyyətini vurğulayıb.
Həmçinin diqqətə çatdırılıb ki, Vardanyanın aclıq aksiyasının hər həftəsi Azərbaycanın siyasi imicinə niyyətli şəkildə zərər yetirilməsində maraqlı olan qüvvələrin əlində göydəndüşmə alət olub. Onun oğlundan müsahibə götürən CNN, “France 24” və bir sıra digər tanınmış KİV-lər terrorizmin maliyyələşdirilməsindən qorunmağa çalışan Azərbaycan haqqında əsasları olmadan mənfi fikirlər səsləndiriblər. Aclıq aksiyasının təsiri altında olan separatçı terrorçu Vardanyan isə Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib.
Görnüdüyü kimi, bu aksiyanın məhz “sifarişçilər” tərəfilən təşkil edilməsi faktlarla ortaya qoyulur. Ruben Vardanyanın siyasi “kimliyi” isə hər kəsə yaxşı bəllidir - onun vaxtilə Qarabağ hansı məqsədlərlə gəldiyini, hətta hansı təxribatçı əməllər törətdiyini onu himayə etməyə çalışanlar daha yaxşı bilir. 2022-ci ilin payızında Qarabağda “peyda olan” Vardanyan bu gün onu dəstəkləyən Fransanın “B” planı idi. O, Qarabağa “göndərilən” zaman konkret situasiyanı dəyişmək kimi vəzifə ilə “görəvləndirilsə” də, bu arzu puç oldu - Vardanyan kartı vaxtından tez ifşa edildi. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri cəmiyyətə bəyan etdi. Beləliklə, Vardanyanın “Qarabağ arzuları” dövrü başlamamış bitdi. Qeyd edək ki, Vardanyanın kimlərin emissarı olması faktı hələ Qarabağda olduğu dövrdə ətrafında formalaşdırılan “təbliğat kampaniyası”ndan bəlli idi. Bu gün onun pullarının qarşılığında “günahsız” kimi təqdim etməyə çalışanlar həmin dövrdə də Vardanyanın təbliğatı ilə məşğul idilər. Beləliklə adi biznesmenlikdən seapartçıların “başçısı” olmağa yönəldilmiş Vardanyanla bağlı uğursuz “siyasi obraz” yaradılırdı. Halbuki əsl həqiqətdə o Azərbaycan torpaqlarına qeyri-qanuni gəlmiş, terrorçu rejimdə təmsil olunmuş, silah-sursat alınmasında iştirak etmiş, Azərbaycanın ünvanına hədə-qorxu bəyanatları səsləndirmiş, hətta ölkəmizə qarşı terror hədəfləri yağdırmışdı.
Bəli, israilli müəllifin də qeyd etdiyi kimi, bu gün Vardanyan ətrafında formalaşdırılan “şou”nun əsas məqsədi Azərbaycana qarşı çirkin kampaniyalarda ondan alət kimi istifadə etməkdir. Eyni zamanda, Vardanyanın pulu müqabilində bu gün “France 24” kimi telekanallar onu “qəhrıman” obrazında təqdim etməyə çalışır. Bu isə Fransanın siyasi iflasının növbəti təsdiqidir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

