Könüllülükdən məcburiliyə...
14.06.2024 [10:55]
NATO-Budapeştlə hansı razılığa gəldi?
NATO Ukraynanın tərəfdaşı olaraq bu ölkəni silahlandırmağı davam etdirir. Məqsəd davam edən müharibədə rəsmi Kiyevin Rusiyaya qarşı müqavimətini gücləndirməkdir. Müharibə başlayandan alyans Ukraynaya milyardlarla dollar dəyərində silah tədarük edib. İndiyə qədər alyans üzvlərinin bu prosesdə iştirakı könüllü olsa da, bundan sonra məcbur olacaqlar. Bununla bağlı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq, onları general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komanda strukturları əlaqələndirəcək. “Gördük ki, ABŞ 6 ay ərzində Ukraynaya əlavə yardımı razılaşdırıb, həmçinin NATO-nun bütün ölkələrinin silah tədarük etmədiyini görürük. Əgər bunu könüllü tədarüklərdən NATO qarşısında öhdəliklərə çevirsək, əlbəttə tədarüklər daha böyük və etibarlı olacaq. Fərq ondadır ki, o zaman NATO-nun komanda strukturundan və ümumi maliyyəsindən istifadə edəcəyik. Müharibə nə qədər uzun olarsa, proqnozlaşdırıla bilmək, hesabat vermək və xərclərin ədalətli bölüşdürülməsi bizim üçün o qədər vacibdir”, - deyə baş katib vurğulayıb.
Yens Stoltenberq qeyd edib ki, Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək. Alyans təchizatı koordinasiya edəcək. “Mən müdafiə nazirlərinin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləməsini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir”, - deyə alyansın baş katibi söyləyib.
Qeyd edək ki, NATO liderlərinin iyulda keçiriləcək sammitində Ukraynaya əlavə dəstək barədə qərarın qəbul ediləcəyi gözlənilir. Lakin Macarıstan dəfələrlə Ukraynaya silah tədarükünə qarşı çıxıb. Macarıstanın Baş naziri Viktor Orban bu təşəbbüsləri yanlış hesab etdiyini bildirirdi. Lakin NATO-nun Baş katibi Yens Stoltenberq Budapeştdə Viktor Orbanla danışıqlardan sonra keçirilən mətbuat konfransında tərəflərin razılığa gəldiyini deyib. Onun sözlərinə görə, Macarıstan NATO-nun Ukraynaya yardım proqramlarına qatılmayacaq, lakin bunu edəcək digər müttəfiqlərə də mane olmayacaq. Baş katib deyib ki, NATO müttəfiqlərinin alyansın bütün proqramlarına mütləq qatılmaq barədə öhdəlikləri yoxdur və Macarıstan alyansın Ukraynaya hərbi yardım planlarında iştirak etməyəcək. Bundan əlavə, macarıstanlı hərbçilər Ukrayna ordusunun təlimlərinə və təhlükəsizlik sektorunda Kiyevə yardım layihələrinə də qatılmayacaq. Yens Stoltenberq, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın digər NATO üzvlərinin Ukrayna üzrə layihələrdə iştirakına mane olmayacağını vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

