/ / Əli Həsənov: Azərbaycanda dini ayinlərin həyata keçirilməsi dövlətin dünyəvi normalarına müdaxilə formasında olmamalıdır
Əli Həsənov: Azərbaycanda dini ayinlərin həyata keçirilməsi dövlətin dünyəvi normalarına müdaxilə formasında olmamalıdır
09.10.2012 [01:37]
“Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş aksiyaya birmənalı münasibət bildirəcəyik. Amma bəri başdan bəllidir ki, hakimiyyət orqanlarına, təhsil sistemində çalışan strukturlara bəzi özlərini dini təəssübkeş adlandıran qruplar təzyiq göstərmək istəyirlər. Azərbaycanda çadrada gəzmək də azaddır, digər dini ayinlərə əməl etmək də hər bir insanın özünün şəxsi işidir. İşdən, dərsdən sonra, dövlətin işlədiyi yerdəki öhdəliklərinə əməl edəndən sonra hər bir insan məscidə də gedə bilər, dini ayinləri də həyata keçirə bilər, özü ilə Allahı arasında bütün özünün məqbul hesab etdiyi ayinləri təmin edə bilər. Amma bu dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz” - deyə, Ə.Həsənov bildirib.
PA rəsmisi deyib ki, Azərbaycanda dünyəvi sistem mövcuddur - din dövlətdən ayrıdır, dövlət dinin işlərinə, din də dövlətin işlərinə qarışmır: “Azərbaycan dünyəvi dövlət olduğuna görə buradakı təhsil sistemi də, məmur və digər strukturların davranış normaları da qanunlarla tənzimlənir. Təhsil haqqında qanunda da göstərilir ki, məktəbli olan dövrdə hər bir məktəblinin nümunəvi forması var və bu formadan da kənara heç kəs çıxa bilməz. Ona görə də bunu bəzi radikal İslam dairələri Azərbaycan dövlətinin antiislam siyasəti kimi təqdim etməyə çalışsalar da, bunun heç bir əsası yoxdur”.
Ə.Həsənov hesab edir ki, Azərbaycandakı bütün dini icmalar bu tipli halları pisləyəcəklər, bunun arxasında duran qüvvələri lənətləyəcəklər və bundan sonra da belə hallara yol verməyəcəklər: “Biz xarici dövlətlərdə görürük ki, İslam bayrağı altında hansı aksiyalar keçirilir, dövlət daxilində nə qədər qarışıqlıq yaradırlar, onların dövlət və mədəniyyət strukturlarına, qurumlarına təzyiqlər göstərirlər və bu təzyiqlər də sonda ona gətirib çıxarır ki, həmin dövlətlər və onların xalqının maraqlarına zərbələr dəyir. Bunun da arxasında duran insanlar ondan öz maraqları naminə istifadə edirlər”.
Ə.Həsənovun sözlərinə görə, hazırda Azərbaycanda dini fəaliyyət və dini icmaların fəaliyyəti normalar, qanunlar əsasında tam tənzimlənir, qanunlar çərçivəsində fəaliyyət göstərən bütün dini icmaların fəaliyyəti azaddır, amma o icmalar ki, qanunları, cəmiyyətin ictimai davranış normalarını pozur, ictimai davranışa özlərinin ambisiyaları ilə müdaxilə etməyə çalışır, onlara qarşı da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən digər müvafiq qurumlar da tədbirlər görəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13

