Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə açıqlama yayıb

Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə açıqlama yayıb

11.07.2024 [00:27]

ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. “Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib”,- deyə açıqlamada bildirilir.

Paylaş:
Baxılıb: 790 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31