Leyla xanım Əliyeva yenidən yekdilliklə RAGT-nin sədri seçilib
13.10.2012 [18:28]
Moskvada “Holidey İnn Sokolniki” mehmanxanasının “Krımski val” konfrans salonunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib. Konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.
RAGT-nin İdarə Heyətinin üzvü Emin Hacıyev hesabat dövründə bu təşkilatın fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O, təşkilatın sədri Leyla Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilmiş layihələr barədə məlumat verərək qeyd edib ki, bu gün RAGT sıx birləşib, Rusiyanın və Azərbaycanın gənclər təşkilatları arasında öz layiqli yerini tutmuş bir qurumdur.
Azərbaycanı və Rusiyanı qarşılıqlı anlaşmaya və qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluğun birləşdirdiyinin vurğulandığı hesabat məruzəsində deyilir: “RAGT-nin sədri Leyla Əliyeva bu təşkilatı yaradarkən, şübhəsiz, əsas hədəf kimi qarşılıqlı etimada əsaslanan münasibətləri daha da möhkəmlətmək, dialoq üçün əlverişli platforma yaratmaqla iki ölkə arasında qarşılıqlı inteqrasiya proseslərini gücləndirmək istəyindən çıxış edib. Bizim Rusiya ilə əməkdaşlığımız təkcə təhsil potensialında deyil, həm də Azərbaycan reallıqlarının qeyri-rəsmi elçiləri olmaqda özünü göstərir. Sevindirici haldır ki, RAGT məhz bu missiyanı uğurla yerinə yetirir”.
E.Hacıyev bildirib ki, bu gün Azərbaycan gəncləri xalqımızın milli mədəniyyətini, adət və ənənələrini layiqincə təmsil edir, xalqın zəngin tarixi irsinə məhəbbətlə yanaşırlar. Buna görə də Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsinə RAGT rəhbərliyinin töhfəsi olduqca dəyərlidir. Məruzəçi bir fakta da diqqəti cəlb edib ki, RAGT nümayəndələri başqa ölkələrdəki Azərbaycan gəncləri ilə sıx əlaqə yaradıblar. O, xüsusi vurğulayıb ki, bu gün RAGT-nin 70-dən çox regional bölməsi fəal iş aparır. Bu isə o deməkdir ki, RAGT-nin fəaliyyəti təkcə iri şəhərlərlə məhdudlaşmır.
RAGT nümayəndəsi bu təşkilatın bir sıra mühüm layihələrdə iştirakı, həmçinin ictimai əhəmiyyətli təşəbbüslərin reallaşdırılması barədə ətraflı məlumat verərək qeyd edib ki, belə mühüm layihələrdən biri də RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır.
RAGT İdarə Heyətinin üzvü vurğulayıb ki, bizim gənclərin sıx birləşməsində ilk nömrəsi 2010-cu il mayın 10-da - Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin doğum günündə çapdan çıxmış “AMOR” jurnalı, habelə təşkilatın saytı mühüm rol oynayır.
Sonra konfrans iştirakçıları təşkilati məsələləri nəzərdən keçirib, Nəzarət-təftiş komissiyasının məruzəsini dinləyiblər. Leyla Əliyeva yenidən yekdilliklə RAGT-nin sədri seçilib. Daha sonra təşkilatın İdarə Heyətinin və Nəzarət-təftiş komissiyasının üzvləri seçiliblər.
Konfransla, eyni zamanda “Oxotnıy ryad” zalında Azərbaycan və Rusiya gənclərinin qeyri-hökumət təşkilatlarının (QHT) “Dialoq və əməkdaşlıq” mövzusunda görüşü keçirilib. Görüşün moderatoru Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə olub. Görüşdə iki ölkənin 40-dan çox təşkilatının nümayəndələri, o cümlədən Azərbaycandan “İrəli” ictimai birliyinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının, “Böyük İpək Yolu” beynəlxalq gənclər ittifaqının nümayəndələri, Milli Məclisin gənc deputatları Fuad Muradov və Ceyhun Osmanlı, Rusiyadan “Sodrujestvo” Beynəlxalq Gənclər Təşkilatının idarə heyətinin sədri Marina Filaretova, Rusiya Uşaq və Gənclər Birlikləri Milli Şurasının sədri Vladimir Xarçenko, Federasiya Şurasının sosial siyasət komitəsinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində Azərbaycan Gənclər Fondunun təqdimatı keçirilib. Azərbaycan və Rusiya gənclərinin gələcək müştərək layihələri haqqında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

