Fransa müstəmləkəçiliyinə qarşı vahid platforma
20.07.2024 [10:20]
Bakıda Beynəlxalq Azadlıq Cəbhəsi yaradıldı
Hazırda Fransanın ağır kolonialist siyasətindən əziyyət çəkən ölkələrdə müstəmləkəçiliyə qarşı mübarizənin yeni mərhələsi başlayıb. Bu mərhələ özünün mütəşəkkilliyi və əsarətə qarşı ayağa qalxan xalqların qəti mövqe sərgiləmələri ilə səciyyələnir. Aparılan mübarizənin məntiqi nəticəsi olaraq getdikcə daha çox ölkədə Fransanın mövcudluğuna son qoyulur.
Əlamətdar haldır ki, son vaxtlarda paytaxtımız müstəmləkəçiliyə qarşı mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. Azadlıq istəyən xalqlar Fransanın talançılıq və istismar siyasətinə etirazlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün Bakını ideal məkan hesab edirlər.
Fransanın irqçi və repressiv siyasəti pislənir
Fransanın müstəmləkəçilik zülmündən qurtulmaq istəyən xalqların nümayəndələri bu günlərdə həmrəyliyin genişləndirilməsi istiqamətində daha bir qətiyyətli addım atıblar. Xəbər verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə iyulun 17-18-də Bakıda birinci Qurultay keçirilib. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edib. İki gün davam edən qapalı müzakirələrin yekunu olaraq Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin - Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər. Qurultayda iştirak edən Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyibər. Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb. Beynəlxalq Azadlıq Cəbhəsinin təsis olunması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər. Hazırda müstəmləkə altındakı digər ərazilər üçün üzvlüyə açıq olacaq Cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirmək və öz müqəddəratlarını təyinetmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən Fəaliyyət Planının və gündəliyinin hazırlanması, beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.
Azərbaycana xüsusi minnətdarlıq
Bəyannamədə ölkəmizin dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, Azərbaycana minnətdarlıq ifadə olunub. Azadlıq mübarizəsinə qalxan xalqların bu mübarizədə ölkəmizin rolunu yüksək dəyərləndirmələri heç də təsadüfi deyil. Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələrin nəticəsidir. Azərbaycan Fransanın XXI əsrdə üzqarası siyasətini davam etdirməsinə qarşı çıxır. Respublikamız son beş ildə bu istiqamətdə həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də digər platformalarda fəal çalışmalar həyata keçirib. Məhz ölkəmizin səyləri sayəsində Yelisey Sarayının müstəmləkəçilik siyasəti apardığı ölkələr ətrafında quruduğu informasiya blokadası aradan qalxıb. Daha rəsmi Paris müstəmləkə cinayətlərini gizlədə bilmir. Beynəlxalq ictimaiyyət təkcə son vaxtlarda Yeni Kaledoniyada, Fransız Polineziyasında və digər ünvanlarda aboregen xalqların başladıqları azadlıq mübarizəsi barədə məhz Azərbaycan üzərindən məlumat almaq imkanı qazanıb. Respublikamızın ardıcıl səyləri sayəsində artıq kolonializmə qarşı mübarizə çağırışları qlobal gündəlikdə yer alır. Ölkəmiz beynəlxalq birliyə çağırış edir ki, dünya Fransanın kolonializm siyasətinə son qoymasına nail olsun. Eyni zamanda, Fransa ayrı-ayrı ərazilərdə törətdiyi müstəmləkə cinayətlərinə görə üzr istəməli və təzminatlar ödəməlidir.
Fransanın müstəmləkəçilk siyasətinin qanlı izlərinin ifşasında Azərbaycanın təklifləri əsasında yaranan Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində paytaxtımızla yanaşı, Cenevrədə, İstanbulda, Nyu-Yorka çoxlu sayda beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Təşkil edilən bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb. O cümlədən Bakı Təşəbbüs Qrupu bəhs olunan Qurultayı təşkil etməklə müstəqillik hərəkatlarının təşəbbüslərinə və istəklərinə dəstək verməyi qarşıya məqsəd qoyub. Belə tədbirlər gələcəkdə fərqli ünvanlarda da keçiriləcək. Dünya Fransanın irqçi siyasətindən əziyyət çəkən xalqların narahatlığını bütün ciddiliyi ilə dərk etməli və onların apardıqları haqq mübarizəsinə həmrəylik göstərməli, dəstək verməlidir. Nə üçün Fransa özünü müstəsna hüquqlara malik bir dövlət sanmalıdır? Bu ölkənin beynəlxalq hüquqa və özünün bəyan etdiyi prinsiplərə əməl etmək zamanı çatıb.
Müstəmləkəçiliklə mübarizədə yeni platforma
“Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq. Gələcəkdə müstəqillik hərəkatları buraya qoşula biləcəklər”. Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib. O bildirib ki, cəbhənin genişlənməsi üçün digər müstəqillik hərəkatlarının onun ali orqanına müraciət etmələri kifayətdir. “Altmış ildir ki, bu koloniyalar Fransaya qarşı ayrı-ayrılıqda xaotik mübarizə aparsalar da, bu cəbhəni yaratmağa nail ola bilməmişdilər. Bu gün isə onlar Bakıda belə bir vahid cəbhə yaratmağa nail oldular”, - deyə A.Abbasov diqqətə çatdırıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21

