/ / PA rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
PA rəhbəri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
24.07.2024 [16:42]
İyulun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesi barədə məlumat verib, bu günlərdə ölkəmizin təşəbbüslərinin geniş ictimaiyyət üçün açıqlandığını, COP29-un müəyyən edilmiş prezidentinin Çərçivə Konvensiyasının bütün tərəflərinə bu mötəbər tədbirlə bağlı planları, gözləntiləri əks etdirən müfəssəl məktub ünvanladığını bildirib.
Prezident Administrasiyasının rəhbəri COP29 sədrliyinin bütün dövlətlərin və digər maraqlı tərəflərin mövqeyini öyrəndiyini, mühüm beynəlxalq toplantılarda iştirak etdiyini, fəal şəkildə çalışdığını diqqətə çatdırıb, ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusa nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Samir Nuriyev, həmçinin COP29-a hazırlıq prosesi çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlər, konfransa qatılacaq nümayəndə heyətləri və digər iştirakçılar üçün yaradılacaq şərait, vətəndaş cəmiyyətinin COP29-da iştirakına dəstək, kommunikasiya sahəsində görülən işlərdən danışıb.
Saymon Stil Azərbaycan tərəfindən COP29-un uğurla keçirilməsi istiqamətində aparılan işlərdən, kiçik ada ölkələrinə dəstək verilməsinin Azərbaycanın gündəliyində yer almasından məmnunluğunu ifadə edib, BMT-nin COP29-un təşkili ilə bağlı Azərbaycana hər cür kömək göstərməyə hazır olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

