Türkiyə terrorla mübarizəni gücləndirir
27.07.2024 [10:45]
Əsas hədəflərdən biri Suriya ərazisinin terrorçulardan təmizlənməsidir
Ankara Suriya ərazisinin terrorçulardan təmizlənməsinin tərəfdarıdır. Bu barədə cümə axşamı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair açıqlanan bəyanatda deyilir. Bildirilib ki, bu, ilk növbədə Suriyanın maraqlarına cavab verir və ölkənin gələcək inkişafına zəmanət verir. MTŞ-də Türkiyənin Suriyada “genişmiqyaslı ictimai harmoniya” mühitinin formalaşmasına bundan sonra da töhfələr verməyə hazır olduğu vurğulanıb.
Milli Təhlükəsizlik Şurasının iclasında...
Bəyanatda Türkiyə və Suriya xalqları arasında gərginliyin artmasının yolverilməzliyi, həmçinin İraq və Suriya da daxil olmaqla qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində Ankaranın mövqeyinin dəyişməzliyi göstərilir.
Ümumiyyətlə, Türkiyə regionda, o cümlədən Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Uzun illərdir ki, Suriya böhranı da region üçün təhdid olduğundan rəsmi Ankara bu problemin tezliklə həllinin tərəfdarıdır. Suriyada qeyri-sabitlik, eləcə də PKK/YPG terrorçularının mövcudluğu Türkiyənin təhlükəsizliyi üçün problem olaraq qalır. Ona görə də, Ankara davamlı olaraq İraqla yanaşı, Suriya ərazisində də antiterror tədbirləri həyata keçirir. Bunun nəticəsində də xeyli sayda terrorçu zərərsizləşdirilib.
Bununla belə rəsmi Ankara problemin tezliklə həll olunmasına səy göstərir. Belə bir şəraitdə iki ölkə arasında münasibətlərdə müsbət dəyişikliklərin baş verməsi zərurəti yaranıb. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Dəməşq arasında siyasi əlaqələrin bərpasını istisna etməyib. Ötən ay Türkiyə lideri jurnalistlərə açıqlamasında iki qonşu ölkə arasında dialoqun bərpasının qarşısında heç bir maneənin olmadığını bildirərək demişdi: “Suriya ilə əlaqələrin qurulması üçün hər hansı bir məhdudiyyət yoxdur. Biz keçmişdə olduğu kimi, birgə hərəkət etməyə, əlaqələri inkişaf etdirməyə hazırıq. Türkiyə Suriyanın daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Bu cür məqsəd heç vaxt qoyulmayıb”. Ərdoğan Suriya xalqını qardaş xalq adlandırıb, Türkiyə ilə Suriya arasında münasibətlərin keçmişdə fəal şəkildə inkişaf etdiyini, iki ölkə liderlərinin isə ikitərəfli görüşlər keçirdiklərini xatırladıb. “Bildiyiniz kimi, keçmişdə biz ailə üzvlərimizin iştirakı ilə cənab Əsədlə danışıqlar aparmışıq. Yəni, dialoqdan qəti şəkildə imtina etmək düzgün deyil, təmaslar mümkündür”, - deyə Türkiyə Prezidenti vurğulamışdı.
Bəzi qüvvələr terrorla mübarizəyə mane olmağa çalışır
Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi də nəzərdə tutulur. Birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə müvafiq addımların atılması planlaşdırılırdı. Lakin bir sıra ekspertlər hesab edirlər ki, Türkiyə və Suriya arasında artan əməkdaşlıq ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədəcək. Belə bir şəraitdə üçüncü qüvvələr Türkiyə və Suriya arasında yaxınlaşmanın qarşısını almağa çalışır. Suriyanın şimalında türk hərbçilərə qarşı hücumların edilməsi də bunun göstəricidir. Son vaxtlar ABŞ-ın Suriyanın şimalındakı PKK, YPG terror qruplaşmalarına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumat yayılır. Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk iyulun 25-də keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir: “ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”. Baş verənlərə rəğmən perspektivdə Türkiyənin antiterror əməliyyatlarını gücləndirməsi gözləniləndir. Ankara bu istiqamətdə tərəfdaşlarla əməkdaşlığı da genişləndirə bilər.
Onu da qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının iclasında digər məsələlər də müzakirə olunub. Yekun bəyanatda Ankaranın bölgədə, o cümlədən Egey və Aralıq dənizlərində Türkiyənin hüquq və maraqlarını müdafiə etməyə davam etmək əzminə diqqət çəkilir. “Türkiyə siyasətində konstruktivlik və dialoq istəyi heç də hər hansı güzəşt və maraqlardan uzaqlaşma imkanını nəzərdə tutmur. Bu, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaq istəyinə də aiddir”, - deyə sənəddə qeyd olunub. Milli Təhlükəsizlik Şurasında həmçinin bəyan edilib ki, Türkiyə Ukraynada ədalətli və uzunmüddətli sülhün tərəfdarıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

