Böhtan kampaniyalarının ünvanı dəyişmir...
30.07.2024 [10:43]
Paris Olimpiadasında erməni təəssübkeşliyi
Olimiadaların ən əsas çağırışlarından biri dünyada həmrəyliyi gücləndirmək, irqi, milli-dini mənşəyindən asılı olmayaraq bütün insanlar arasında bərabərliyi, qardaşlığı təlqin etməkdir. Bunlar həm də Fransanın bəyan etdiyi prinsiplərdir. Ancaq təzad ondadır ki, bu ölkənin ev sahibliyi etdiyi 33-cü Yay Olimpiya Oyunları həm də milli-dini dözümsüzlüklə gündəmə gəlib. Burada söhbət həm də Azərbaycan idmançılarına qarşı qərəzli kampaniya aparılmasına şərait yaradılmasından, eyni zamanda, “France 2” kanalında ölkəmizlə bağlı təxribata yol verilməsindən gedir.
Açılış mərasimində Azərbaycana qarşı qərəz
Paris - 2024 Olimpiadasında 140-dək ölkənin idmançılarının iştirakı rəsmiləşdirilib. Onların sırasında Azərbaycan komandasının yer alması bizim üçün son dərəcə qürurvericidir. Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Parisdə iyulun 26-da baş tutan açılış mərasimində ölkələrin hansı sayda heyətlərlə Olimpiadaya qatıldıqları da bəlli oldu. Azərbaycanın Olimpiadada 48 nəfərlik heyətlə iştirak etməsi ölkəmizdə idmanın inkişafına göstərilən qayğının bariz nümunəsidir.
Azərbaycan komandası digər olimpiadalar kimi, Parisə də həm inamla, həm də xoş məramla yola düşüb. Ancaq burada da bədxahlarımız özlərinin çirkin niyyətlərini büruzə veriblər. Belə ki, onlar Olimpiadanın ruhuna uyğun olmayaraq erməni təəssübkeşliyini növbəti dəfə ortaya qoyublar. Buna aid iki fakta diqqət çəkək.
Beləliklə, sən demə, Beynəlxalq Xristian Həmrəyliyi (CSI) deyilən hüquq müdafiə təşkilatı Azərbaycan idmançılarına qarşı qərəzli kampaniyaya başlayıbmış. Qurum Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Azərbaycan idmançılarını Olimpiya Oyunlarından uzaqlaşdırmağı tələb edib. Bədnam təşkilat BOK-a müraciətini guya Ordumuzun “Dağlıq Qarabağ”da etnik təmizləmə aparması ilə əlaqələndirib. BOK-dan istənilib ki, təmsilçilərimizin Olimpiadada yalnız neytral statusda çıxış etmələrinə icazə verilsin. CSI-nin sözçüsü Coel Veldkamp bildirib ki, Azərbaycanın Olimpiya Oyunlarından kənarda qalması dünyaya düzgün mesaj verəcək: “Beynəlxalq idman dünyası insan hüquqlarının kobud şəkildə pozulmasına dözməyəcək və ya buna məhəl qoyacaq”, - deyə onun açıqlamasında bildirilir.
Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanda haqlı narazılıqla qarşılanan daha bir oxşar insident yaşanıb. Belə ki, “France 2” telekanalının canlı yayımında aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar veriblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz simpatiyasını gizlədə bilməyərək deyib: “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”.
Aparıcı, həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Komandamızın keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib. Bu isə öz növbəsində şərhçinin Ermənistan komandası ilə bağlı fikirlərinə münasibətdə kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib.
İslamofobiya, Azərbaycanofobiya siyasətinin növbəti təzahürü
Hər iki halda Olimpiya prinsipləri pozulub və ölkəmizə münasibətdə birtərəfli, selektiv yanaşmaya yol verilib. Bunun Avropada, Fransada baş verməsi isə heç də təsadüfi deyil. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan “qoca qitə”də bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, İslamofobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıqları coğrafiyalarda kədərli münaqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir. Bu münaqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur.
Vurğulamaq yerinə düşər ki, son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrini? payına düşür. O cümlədən Fransanın demokratik dəyərlərdən geri çəkildiyi bu ölkədə bir növ dövlət siyasəti səviyyəsinə yüksələn İslamofobiyanın timsalında da qabarıq şəkildə nəzərə çarpır. Bu ölkənin onilliklər boyunca Afrikada davam etdirdiyi müstəmləkə siyasətinin həm də irqçiliyə əsaslandığı heç kəsə sirr deyil. Bunun təzahürlərini, həmçinin ölkədə İslam dininə etiqad bəsləyən insanların diskriminasiyaya məruz qalmalarında müşahidə etmək mümkündür. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də etiraf edirlər. Bu ölkədə müxtəlif auditoriyalarda müsəlmanların Fransa cəmiyyətini zəbt etmələrinə dair mesajlar verilir. Eyni zamanda, İslam dininə mənsub insanlardan məsafə saxlanılır və onlar potensial terrorçu kimi təqdim edilirlər. Fransada işıq üzü görən “Charlie Hebdo” jurnalının səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür.
Tarixi mənəvi-dini dəyərlərinə böyük önəm verən Azərbaycan da İslamofobiyadan əziyyət çəkən ölkədir. Paris - 2024 çərçivəsində ölkəmizə qarşı yol verilən hər iki təxribat cəhdi bu və ya digər formada Azərbaycanla Ermənistan arasında yaşanan konflikt üzərindən edilib. Ancaq məsələ burasındadır ki, həm bədnam Beynəlxalq Xristian Həmrəyliyi hüquq müdafiə təşkilatı, həm də “France 2” erməni lobbisindən və Yelisey Sarayından aldıqları təlimatlara əsaslanmaqla 30 illik münaqişənin tarixinə varmırlar. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir. Bəs Fransa hakimiyyəti, bəhs olunan bədnam hüquq mühafizə təşkilatı, “France 2” bu reallıqlara nə üçün göz yumur? Kor xristian təəssübkeşliyi dünyanı hara aparır? Bəşəriyyət üçün böyük risklər yaradan belə təhlükəli meylləri dayandırmaq lazımdır. Avropa, Fransa dünyaya eyni gözlə baxmalıdır, ayrı-seçkilik siyasətinə, milli-dini-irqi bölücülüyə son qoymalıdır.
Azərbaycana gəldikdə, bizim ölkəmiz tolerant mühitə malikdir. Azərbaycan dünya üzrə azsaylı ölkələrdəndir ki, multikulturalizmə qarşı çıxmır, əksinə onu təşviq edir. Başqa dinlərə və xalqlara dözümlü yanaşmaq respublikamızda tarixdən gələn bir ənənədir və biz bu ənənəni yaşatmağımızı özümüzün böyük üstünlüyümüz sanırıq.
Azərbaycanın kəskin etirazları
Paris - 2024-ün açılış mərasimində Azərbaycana qarşı yol verilən təxribatlar ölkəmizdə ciddi etirazla qarşılanıb. “France 2”-nin təxribatı ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib. “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”, - deyə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə yaydıqları məlumatda vurğulanıb.
Paris - 2024-ün açılış mərasimində “France 2” tərəfindən Azərbaycana qarşı yol verilmiş təxribat ölkəmizdə cəmiyyət səviyyəsində də kəskin şəkildə qınanılır. O cümlədən Qərbi Azərbaycan İcması Fransanın Azərbaycana qarşı təxribatı ilə bağlı bəyanat yayıb. Sənəddə qeyd olunub ki, Qərbi Azərbaycan İcması 2024-cü il Paris Olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31

