5-ci dialoq...
31.07.2024 [10:50]
Bölgədə yeni mərhələ başlayır?
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazla yanaşı, bütövlükdə regionda yeni münasibətlər sisteminin qurulmasına zəmin formalaşdırıb. Artıq iki ildən artıqdır ki, davam edən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi özlüyündə həm də bölgənin yeni münasibətlər sisteminin qurulmasını əks etdirməkdədir. Başqa sözlə, Qarabağ münaqişəsinin tarixə qovuşması və torpaqlarımızın işğaldan azad olunması yeni mərhələdə bölgə dövlətləri arasında istər siyasi, istərsə də iqtisadi əlaqələrin yeni müstəvidə təqdim olunmasını zəruri edir.
Vurğulandığı kimi, Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesi özündə Cənubi Qafqazın gələcək şəkilləndirməsini də birləşdirir - o baxımdan ki, bu proses paralel olaraq aparılan Ermənistan ilə Türkiyə arasında əlaqələrin yaradılması prosesinin də uğurla yekunlaşmasını da təmin edəcək. Xatırladaq ki, rəsmi Ankara 30 ildən yuxarıdır ki, rəsmi İrəvan ilə heç bir siyasi-iqtisadi əlaqəyə malik deyil. Bunun əsas səbəbi isə Ermənistanın apardığı işğalçı siyasət, Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları və qondarma “soyqırımı” nağıllarıdır.
Sərhəddə yeni görüş...
Yeni dövrdə Ermənistanın bölgəsəl xəritənin bir parçasına çevrilməsi, regional inkişafın komponenti kimi çıxış etməsi üçün bu şərt mütləq xarakter daşıyır. Qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan Türkiyə ilə də münasibətlərin normallaşması üçün proses müəyyən müddət idi ki, dayanmışdı.
2021-ci ilin sonunda həm Türkiyə, həm də Ermənistan qarşılıqlı olaraq danışıqlar aparması üçün xüsusi nümayəndə təyin edib - bu, Türkiyə tərəfdən diplomat Sərdar Kılıc, Ermənistan tərəfindən isə Ruben Rubinyana tapşırılıb. Bu günə qədər səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında bir neçə dəfə görüş də baş tutub. Nümayəndələr arasındakı görüşlərin birincisi 2022-ci ilin yanvarın 14-də Moskvada, digər üçü isə həmin il fevralın 24-də, mayın 3-də və iyulun 1-də Avsriyanın paytaxtı Vyanada reallaşıb. Bu görüşlərdə tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa da gəlmişdilər və bununla bağlı lazımi prosesin başlanmasına belə qərar verilmişdi.
Dünən Türkiyə ilə Ermənistan arasında növbəti görüş keçirilib - görüşün keçiriləcəyi ilə bağlı öncədən verilən məlumatlarda bildirilirdi ki, xüsusi nümayəndələrin görüşünün sərhəddə keçirilməsi nəzərdə tutulub. Danışıqların birinci hissəsinin sərhədin Ermənistan tərəfində, ikinci hissəsinin isə Türkiyə tərəfində İğdırda sərhədə yaxın ərazidə keçirilməsi planlaşdırılmışdı.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, 5-ci raund görüş isə iki ölkənin ortaq sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında baş tutub. Türkiyə və Ermənistanın normallaşma prosesinin xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik (rəsmi) pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Son olaraq münasibətlərin tam normallaşmasına aparan prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razılıq hər iki tərəfdən təsdiqlənib.
Münasibətlərin normallaşmasında tarixi fürsət...
Qeyd edək ki, Ermənistan ilə Türkiyə arasında münasibətlər tam formalaşmasa da, müəyyən təmaslar mövcuddur - məsələn ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparmışdı və bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yaymışdı. Telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrin olması vurğulanmışdı və bu
kontekstdə iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkilmişdi. Eyni zamanda. indiyə qədər razılaşdırılmış məsələlər bir daha təsdiqlənmişdi. Həmçinin telefon danışığı zamanı Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoq məmnunluqla qeyd edilmişdi. Beləliklə, dünən keçirilən görüşü məhz bu telefon danışığının nəticəsi kimi də qeyd etmək olar - Ermənistanın sülh istiqamətində iradə nümayiş etdirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesində səmimi olması bütövlükdə region üçün yeni perspektiv deməkdir. Bu, Cənubi Qafqazın tarixində yeni bir mərhələ başladacaq - 30 illik aradan sonra Qafqaz regionu təhlükəsiz və iqtisadi inkişafı hədəfləmiş halda özünün uğurlu yoluna qədəm qoya bilər.
Qeyd edək ki, münasibətlərin normallaşması, hansısa razılıqların əldə olunması prosesi Azərbaycanın mövqeyinin nəzərə alınması fonunda aparılır. Çünki Türkiyə birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini hər zaman açıqlayıb. İstər Türkiyənin keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlu, istərsə də hazırki nazir Hakan Fidan hər zaman bildirib ki, Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edilir. Türkiyə rəsmiləri xüsusi olaraq qeyd edirlər ki, Türkiyə ilə Ermənistan arasındakı danışıqların nəticəsi məhz Azərbaycanla bağlanan sülhdən asılıdır. Bu isə həm də Ermənistana bir xatırlatmadır. Bu fikirlər, həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinin təsdiqidir. Türkiyə hər zaman bildirib ki, Ermənistan təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır.
Türkiyə ilə Azərbaycanın mövqeyi üst-üstə düşür...
Vurğulayaq ki, Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq. Ümumiyyətlə, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, İrəvan da bu üstünlüklərdən faydalana biləcək - xüsusilə, Türkiyə ilə də normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yol kimi əhəmiyyət daşıyır və dəhlizin coğrafi imkanları olduqca genişdir. Başqa sözlə, dəhliz yeni iqtisadi münasibətlər sisteminin əsas təməllərindən birinə çevrilmə potensialına malikdir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur dəhlizinin açılması ilə üst-üstə düşür. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında əlaqəni təmin etməyəcək, həm də bütün region dövlətləri arasında əlverişli nəqliyyat bağlantısı yaradacaq.
Xatırladaq ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi paraleldir - Prezident Ərdoğan müxtəlif auditoriyalarda bəyan edib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq.
Ermənistan əməkdaşlıq üçün...
Bütün bunların reallaşması üçün isə Ermənistanın siyasi iradə nümayiş etdirməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdiyini rəsmi surətdə təsdiqləməlidir. Ermənistanın siyasi hakimiyyəti bölgədə münasibətlərin normal məcrada inkişafını istəyirsə, sülhə və əməkdaşlığa öz töhfəsini verməlidir – bunun üçün isə uzun illərdir ki, davam edən əsassız fikirlər bir kənara qoyulmalı, səmimi əməkdaşlıq üçün zəmin yaradılmalıdır…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38

