/ / Parisdə Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi təntənə ilə qeyd edilib
Parisdə Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi təntənə ilə qeyd edilib
30.10.2012 [07:10]
Oktyabrın 27-də Parisin məşhur “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edərək 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. “Bu gün Azərbaycan dünya xəritəsində layiqli yerini tutub və sürətlə inkişaf edir”, - deyən Heydər Əliyev Fondunun prezidenti müstəqillik illərində Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişaf etdiyini bildirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Müstəqillik dövründə Fransa-Azərbaycan əlaqələri hərtərəfli inkişaf etmişdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Bu ilin sentyabr ayında Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bu münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi. Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mehriban xanım Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa gündəliyində üstünlük təşkil etdiyini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı ölkələrimiz arasında inkişaf edən mədəni-humanitar əməkdaşlığın da uğurlu olduğunu deyib. Mehriban xanım Əliyeva ümidvar olduğunu bildirib ki, Azərbaycan-Fransa əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon mərasimdə çıxış edərək bildirib ki, ölkələrimizin ikitərəfli əlaqələri 20 ildə böyük inkişaf yolu keçib. Ambruaz Düpon Prezident İlham Əliyevin Fransaya səfərlərinin ölkələrimizin münasibətlərində yeni səhifə açdığını söyləyib. Hazırda Fransa-Qafqaz dostluq qrupuna 30 senatorun daxil olduğunu deyən Düpon Mehriban xanım Əliyevanın Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi mühüm fəaliyyət göstərdiyini vurğulayıb.
Ambruaz Düpon Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töhfələrin də yüksək qiymətləndirildiyini bildirib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa ediblər.
Konsertdə Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiya prioritet istiqamətdir. Bu proses 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sistemli xarakter alıb. Həmin dövrdən etibarən Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə əlaqələr genişləndirilib. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev xaricə ilk səfərlərini məhz Fransaya ediblər. Bu səfərlər ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməyə geniş imkanlar açıb.
Bu gün Azərbaycan-Fransa münasibətləri mədəniyyət sahəsində də xüsusi çəkisi ilə diqqəti cəlb edir. Bu sahədə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri var. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada təşkil edilən mərasimlər Azərbaycanın bu ölkədə daha yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Bu prosesi mənalandıran ən mühüm cəhətlərdən biri də mədəniyyət tədbirlərinin təkcə paytaxt Parislə məhdudlaşmamasıdır. Heydər Əliyev Fondunun yeni layihəsinə əsasən, Fransanın 10 şəhərində Azərbaycan mədəniyyətinin təbliğinə dair xüsusi mərasimlər keçirilir. Budəfəki tədbirdə də 20 ildən çoxdur dünyada sürətli inkişafı ilə öyünən ölkəmizin uğurlarının mədəniyyətin, musiqinin, bir sözlə, hər kəsin başa düşdüyü dildə təqdim edilməsi heç də təsadüfi deyil. Çünki bu təcrübə Azərbaycanın timsalında dəfələrlə uğurla sınaqdan çıxarılıb. Mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini cəlb edir. Janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların olduğu bu konsert Parisdə əsl hadisəyə çevrilməklə diqqəti nadir inciləri ilə öyünən Azərbaycana yönəldib. Mədəniyyətimizin təntənəsinə, ölkəmizin tanınmasına və əlbəttə ki, xalqımızın yaratdığı nadir sənət nümunələrinin təbliğinə çevrilib.
Konsert Paris ictimaiyyətində ölkəmiz haqqında informasiya bolluğu yaratmaq baxımından da mühüm əhəmiyyətə malikdir. Bu missiyanı isə öz uğurlu layihələri ilə Azərbaycanın ictimai-mədəni həyatında yetərincə mühüm rol oynayan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva uğurla həyata keçirir. Bu gecədən təəssüratlar kifayət qədər zəngin olub. Bu, özünəməxsus koloriti ilə diqqət çəkən Azərbaycan mədəniyyətinə ehtiramın nümunəsinə, həm də fransız tamaşaçısında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrilib. Bu xatirənin təməlində isə Azərbaycan və onun zəngin mədəniyyəti dayanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

