“Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunub
21.11.2012 [17:51]
Dünən “Hilton Baku” otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanı olan “Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd edilib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, bu gün Azərbaycanda söz, mətbuat və məlumat azadlığı, siyasi plüralizm ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. “Rabitə dünyası” ilk baxışdan bir sahə qəzetidir. Qəzetdə rabitəçilərin fəaliyyəti, beynəlxalq aləmdə bu sahədə gedən inkişaf meyilləri, yeni texnologiyaların Azərbaycanda tətbiqi və digər məsələlər işıqlandırılır. Eyni zamanda, “Rabitə dünyası” həm də respublika səviyyəli, mərkəzi mətbuat orqanı kimi çıxış edir və digər gündəlik qəzetlərdə olduğu kimi, qəzetin səhifələrində Azərbaycanın ictimai-siyasi həyatında baş verən yeniliklər də əksini tapır.
Azərbaycanda milli mətbuatın yaranması tarixindən, bu sahədə Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin rolundan danışan Əli Həsənov bildirib ki, bu nəşrə “Əkinçi” adı rəmzi olaraq verilib. Bu qəzet yalnız əkinçilikdən və əkinçilərin həyatından bəhs etmirdi. “Əkinçi” Azərbaycan xalqının inkişafında, milli-mədəni dəyərlərin qorunmasında və yayılmasında, Azərbaycan dilinin inkişafında, Azərbaycan ziyalısının formalaşmasında, mütərəqqi nəslin yetişməsində önəmli rol oynayıb. Ona görə də, qəzetin hansı sahəni əhatə etməsi və hansı adı daşıması bugünkü azad söz mühitində o qədər də önəmli deyildir.
Azərbaycan bu gün söz, mətbuat və məlumat azadlığı baxımından da öncül yerlərdədir. Prezident İlham Əliyev çıxışlarında davamlı olaraq qeyd edib ki, biz Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesini yaşayırıq. Azərbaycanda demokratik dövlət qurulur, demokratik idarəçilik formalaşdırılır. Siyasi plüralizm bu idarəçiliyin əsasını təşkil edir. Söz, mətbuat, məlumat azadlığı olmadan biz dövlətimizi, onun siyasi sistemini təsəvvür etmirik. Bu sahədə biz nəinki postsovet məkanında, o cümlədən dünyanın ən inkişaf etmiş sistemlərindən birini yarada bilmişik.
Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Fərmanı ilə mətbuat üzərində senzuranı ləğv etməklə Azərbaycanda söz azadlığının təməlini qoyub. Hazırda azad media ənənələri respublikamızda gündən-günə inkişaf edir.
Bütün ölkələrdə olduğu kimi, Azərbaycan mediası da problemsiz deyildir. Ölkədə jurnalistlərin peşəkarlığı, medianın maddi-texniki təminatı, mətbuatın siyasiləşməsi və s. məsələlərlə bağlı problemlərimiz var. Lakin bunlar tendensiya deyildir. Tendensiya dövlətin iradəsi, azad medianın inkişafıdır ki, peşəkar jurnalistlər bu fəaliyyətdən bəhrələnirlər. Azərbaycanda internet medianın inkişafı sahəsində uğurlardan danışan Prezident Administrasiyasının rəsmisi deyib ki, elektron KİV-lərin tərəqqisi də dövlətimizin diqqətindədir.
Sonda Əli Həsənov “Rabitə dünyası”nın yaradıcı kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və “Rabitə dünyası” qəzetinin baş redaktoru Müşfiq Əmirov bu mətbu nəşrin keçdiyi yola nəzər salıb, onun fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
Sonra “Rabitə dünyası” qəzetinin əməkdaşlarına Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin diplomları təqdim edilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Mətbuat Şurasının mükafatı ilə təltif olunub.
Tədbirə yekun vuran nazir Əli Abbasov “Rabitə dünyası” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycanda həyata keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasəti, müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, yeniliklər, problemlər, beynəlxalq rabitə sistemi haqqında yazılar yer alıb.
Bu il noyabrın 6-9-da BMT-nin və Azərbaycan hökumətinin Bakıda VII İnternet İdarəçilik Forumunu keçirdiyini xatırladan nazir bu nüfuzlu tədbirin ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb. Əli Abbasov qazanılan nailiyyətləri Azərbaycanda bu sahədə aparılan ümumi siyasətin nəticəsi kimi dəyərləndirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

