Silahlanmanın uğursuz müqayisəsi..
03.09.2024 [09:52]
Hərbi xərclərini 46 faiz artıran Ermənistanın silahlanma siyasəti region üçün təhdiddir
Ermənistan regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bunu ölkənin baş naziri Nikol Paşinyanın avqustun 31-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də təsdiqləyir. Belə ki, Paşinyan mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, bölgədə sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar ziddiyyətli açıqlamalar verib. Bu açıqlamalardan biri də silahlanma ilə bağlıdır.
Uydurma “arqument”
Məlumdur ki, son dövrlər Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır. Azərbaycan bunu Cənubi Qafqazda sabitlik üçün təhdid hesab edir. Lakin Paşinyan bu fakta “özünəməxsus” şəkildə haqq qazandırmağa çalışıb. O, mətbuat konfransında deyib ki, hər hansı bir ölkənin özünü müdafiə etmək hüququ var və “bu hüquq heç bir şəkildə mübahisə edilə bilməz, çünki beynəlxalq hüquqda dövlətlərin öz vətəndaşlarını qorumaq öhdəliyi də məlumdur”. O, iddia edib ki, Ermənistan silahlı qüvvələrində “aparılan islahatlar yalnız və yalnız bu məqsədi güdür”.
“Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir”,-deyən Paşinyan əslində, bu fikrində çox yanılır. Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. Çünki burada Azərbaycanla Ermənistan müqayisə oluna bilməz və onlar arasında fərq qoyulmalıdır. Bütün dünyaya məlumdur ki, Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Qeyd etmək yerinə düşər ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə Paşinyanın da istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, Alma-Ata Bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkə məhz Ermənistan olub. Eyni zamanda, hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, bu ölkənin silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid törətdiyini anlamaq çətin deyil.
Beynəlxalq təcrübə işğalçılar üçün nə deyir?
Digər tərəfdən, bir sıra beynəlxalq nümunələr də var ki, işğalçı ölkələrə silah məhdudiyyəti tətbiq olunur. İkinci Dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də məhz Ermənistandır. Məsələn, İraqın Küveytə təcavüzündən sonra İraqa müvafiq qaydada silah məhdudiyyəti tətbiq edilmişdi. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Ermənistanı silahlandıran ölkələr də buna görə məsuliyyət daşıyırlar.
Beləliklə, rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsi çox narahatedici məqamdır. Qeyd etdiyimiz kimi, ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan, Fransa xüsusi canfəşanlıq edir. Bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. Bütün bunlar deməyə əsas verir ki, hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Ona görə də, rəsmi İrəvanın silahlandırılması yolverilməzdir. Cənubi Qafqazın yenidən münaqişə ocağına çevrilməməsi üçün rəsmi İrəvanın bu addımlarının qarşısı alınmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

