/ / Rusiya XİN: Qərbə bağlı beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mövqeyi qərəzlidir
Rusiya XİN: Qərbə bağlı beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mövqeyi qərəzlidir
03.09.2024 [23:45]
Qərbə bağlı beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mövqeyi qərəzlidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb, onlardan 305-i 25 siyasi partiyadan, 684-ü öz namizədliyi, 1 namizəd isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Səsvermədə 2 milyon 196 min 771 nəfər iştirak edib. Seçkilərdə seçici fəallığı 37,27 faiz olub. Seçkiləri Rusiyanın da daxil olduğu 69 ölkədən 51 təşkilatdan 12 minə yaxın yerli və 589 beynəlxalq müşahidəçi izləyib. MDB və ŞƏT monitorinq missiyalarının qiymətləndirmələrinə əsasən, seçkilər şəffaf, etibarlı və demokratik, milli qanunvericiliyin tələblərinə uyğun təşkil olunmuş kimi tanınıb. Buna baxmayaraq, qərblilər və onlara bağlı beynəlxalq strukturlar bir daha respublikada gedən demokratik proseslərin real mənzərəsinə uyğun gəlməyən qərəzli və subyektiv qiymətləndirmələr açıqlayıblar. Rusiya tərəfinin ATƏT/DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktını qeydə almayıb", - XİN vurğulayıb.
Nazirlik onu da qeyd edib ki, Rusiya tərəfi xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarını təbrik edir.
"Seçkilərin nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstəkdən xəbər verir. Ümid edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin parlament korpusunun yeni tərkibi ilə Rusiya Federasiyası Federal Məclisi arasında ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyət davam etdiriləcəkdir" deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

