AŞPA-dan tələb olunur...
10.09.2024 [09:22]
Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bərpa olunmalıdır!
Müstəqil Azərbaycan özünün milli maraqlar üzərində qurulan xarici siyasətində beynəlxalq təşkilatlarda təmsilçiliyə böyük önəm verir. Bunun nəticəsidir ki, hazırda respublikamız həm geniş İslam dünyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Bununla belə, ayrı-ayrı Avropa təsisatları bir sıra hallarda ikili standartlardan çıxış edərək öləmizə qarşı qərəzli yanaşmalar ortaya qoyur. Avropa Şurası Parlament Assambleyası (AŞPA) da belə qurumlar sırasında yer alır. Xaricdəki erməni lobbisinin təsirlərinə məruz qalan AŞPA təkcə son vaxtlarda ölkəmizə münasibətdə bir neçə dəfə adekvat olmayan davranışlar sərgiləyib. Cari ilin əvvəindən isə Azərbaycan - AŞPA münasibətləri kritik dərəcədə pisləşib ki, bunun da günahı bilavasitə qarşı tərəfin üzərinə düşür. Prezident İlham Əliyev bu günlərdə Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada ona ünvanlanan sualları cavablandırarkən məsələyə növbəti dəfə aydınlıq gətirib.
AŞPA-nın qırmızı xətti keçməsi
Azərbaycan - AŞPA münasibətlərindən bəhs etmək üçün 20 il bundan əvvələ ekskurs etmək lazımdır. Respublikamızın qurumda təmsilçiliyinin əsası 2001-ci ildə qoyulub. Prezident İlham Əliyev əlaqələrin tarixinə diqqət çəkərək vurğulayıb: “O zaman parlamentin üzvü idim və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair”.
Münasibətlərdəki dalğalanmalara baxmayaraq, Azərbaycanın heç vaxt qurumla əlaqələrini kəsmək kimi bir niyyəti olmayıb. Lakin 2024-cü ilin yanvarında AŞPA-nın atdığı addım qırmızı xəttin keçilməsi olub və Azərbaycan da buna adekvat şəkildə cavab verib. Söhbət ondan gedir ki, Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Qarabağda suverenliyini tam təmin etməsi AŞPA-da qısqanclıqla qarşılanıb və burada ölkəmizə qarşı sanksiya xarakterli qətnamə qəbul olunub. Təbii ki, bu da Azərbaycanın sərt reaksiyası ilə qarşılanıb.
Burada yenə də keçmişi xatırlamaq lazım gəlir. Avropa Şurası Parlament Assambleyası 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn, “siyasi məsələlərə qarışmaq bizim platformanın işi deyil” deyən qurumlar siyahısında “liderlər” sırasında olub, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hər dəfə Azərbaycan məsələ qaldıranda, işğal altında olan ərazilərimizə missiyalar göndərilməsinə çağırışlar edəndə, bütün bunları təpki ilə qarşılayan avropalı parlamentarilər heyrət doğuracaq “soyuqqanlılıqlarını” AŞPA-nın insan hüquqları ilə məşğul olan təşkilat olması ilə əsaslandırmağa çalışırdılar. Qoy, belə olsun, inanaq ki, AŞPA insan haqlarının qorunmasının fədaisidir, insan haqları qurum üçün qırmızı xəttir və s. Bəs onda nə üçün avropalı deputatlar bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə biganə qalırdılar? Parlamentarilər yumşaq kreslolarda əyləşib hansısa mücərrəd müzakirələr aparanda min bir əziyyətlə tikib qurduqları yuvalarından zorla, güllə yağışı altında çıxarılan azərbaycanlı məcburi köçkünlər vaqonlarda, qəzalı vəziyyətdə olan tikililərdə, çadırlarda yaşamaq məcburiyyətində qalmışdılar. Respublikamızın AŞPA-dakı nümayəndə heyəti azərbaycanlı qaçqınların və məcburi köçkünlərin vəziyyəti, ağır yaşayış şəraiti, qurulu şəhər və kəndlərimizin dağıdılması barədə foto və video materiallar təqdim edirdilər. Onlar isə bütün bunlara biganə yanaşırdılar.
Postmüharibə dövründə onilliklər ərzində azərbaycanlı qaçqınlara münasibətdə özünü “heç nəyi görməyən və eşitməyən” kimi aparan AŞPA sükutu pozub. Bəzi dövlətləri təmsil edən avropalı deputatlar yenə də insan haqları mövzusundan yapışıblar. Onlar yeri gəldi-gəlmədi Azərbaycanı guya Qarabağda erməni əhaliyə qarşı etnik təmizləmə aparmaqda və insan haqlarını pozmaqda ittiham edirlər. Qərəz, ağ yalan olar, daha bu qədər də yox! AŞPA-nın azərbaycanlı qaçqınlara münasibətdə nümayiş etdirdiyi loyallığı ilə postmüharibə dövründəki canfəşanlığı kəskin təzad təşkil edir. Azərbaycanlılar ev-eşiklərini, yuxarıda qeyd etdiyimiz kimi, güllə yağışı altında məcburi qaydada tərk etmişdilər. Onların bir çoxu həyatını itirdi, qarlı dağlarda soyuqdan, şaxtadan dondu. Ermənilər isə lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndidən könüllü qaydada köç etdilər. Onlar ev əşyalarını, hətta mal-heyvan sürülərini də özləri ilə apardılar. Bu iki fərqli nümunəyə AŞPA-dan gələn tərs münasibətin məntiqi, daha doğrusu, məntiqsizliyi isə əsla başa düşülmür. Nə üçün biz bir halda AŞPA-nın loyallığının, susqunluğunun, digər halda isə qərəzçiliklə yoğrulan canıyananlığının şahidi olmalıyıq? Budurmu Qərb əxlaqı və demokratiyası?
Otuz illik işğal dövründə ağzına aldığı suyu boşaldan AŞPA postmüharibə dövründə Qarabağla bağlı məsələləri, o cümlədən də erməni əhalinin “pozulan” hüquqlarını dəfələrlə müzakirələrə çıxarıb və hər dəfə də qalib Azərbaycanın yaratdığı reallığa əyri güzgüdən baxış edilib. Son olaraq yanvarın 24-də AŞPA-nın plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Azərbaycan öz torpağında döyüşüb, hər hansı bir təcavüzə əl atmayıb
Qeyd etdiyimiz kimi, Azərbaycanın AŞPA-da qəbul edilən məlum qətnaməyə cavabı kifayət qədər sərt olub. O cümlədən rəsmi Bakı bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəmizə girişinin qadağan edilməsi haqqında qərar çıxarıb. Öz gözündə tiri görməyən AŞPA bu ədalətli qərarı top-tüfənglə qarşılayıb. Son günlərdə qurumda təmsil olunan deputatlar ölkəmizə qarşı qərəzli açıqlamalarının saylarını artırıblar. Həmin açıqlamaların bəzilərinə diqqət yetirək. AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib və özüsayağı bir sıra iradlar səsləndirib. O, “Azadlıq Radiosu”na verdiyi 23 avqust tarixli müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, ölkəmizi Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib. Həmçinin ölkəmizin Avropa Şurasının Parlament Assambleyasının müşahidəçilərini Milli Məclisə seçkiləri müşahidə etməyə çağırmaması da Şvabenin Azərbaycan əleyhinə danışmasına bir bəhanə olub.
Növbəti belə qərəzli açıqlama AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosdan eşidilib. O, Azərbaycan XİN-in AŞPA-nın müəyyən üzvlərinin respublikamızda arzuolunmaz şəxs hesab edilməsinə dair bəyanatına reaksiya verib: “Bu, Azərbaycanın Avropa Şurasındakı mövqeyini yalnız çətinləşdirəcək təəssüf doğuran siqnaldır. Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin “qara siyahı”ya salınması yalnız əks-nəticə verə bilər”, - deyə Teodoros Rousopoulos vurğulayıb.
AŞPA-da təmsil olunan deputatlar bilməlidirlər ki, Azərbaycanın siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Bu siyasət hansısa mərkəzlərdə, Qərb dairələrində deyil, Bakıda Prezident İlham Əliyevin strateji baxışları, milli maraqları hər şeydən üstün tutması əsasında müəyyənləşdirilir. AŞPA-nın qərəzli yanaşmaları isə bizim siyasətimizə zərrə qədər də təsir göstərə bilməz. Prezident İlham Əliyevin apardığı müqayisə AŞPA-nın qərəzli mövqeyini bütün cəhətləri ilə ortaya qoyur. Dövlətimizin başçısının bildirdiyi kimi, biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. “Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər. Səmimi desəm mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq”, - deyə Prezident İlham Əliyev qəti mövqeyini bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

