Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə bu ölkələrlə hərbi əməkdaşlığı gücləndirəcək

Türkiyə bu ölkələrlə hərbi əməkdaşlığı gücləndirəcək

14.09.2024 [18:05]

Türkiyə ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq güclənəcək.

Yeniazerbaycan.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının sədri Denis Beciroviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər görüş zamanı bu məsələ barədə geniş fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan, həmçinin söyləyib ki, yaxın vaxtlarda Türkiyə vətəndaşlarının Bosniya və Herseqovinaya şəxsiyyət vəsiqəsi ilə səyahəti mümkün olacaq.

Türkiyə lideri, həmçinin ikitərəfli ticarət həcminin ilin sonuna qədər 1 milyard dollara çatacağına inamını ifadə edib.

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31