Kanadalı nazir hərbi caniləri dəstəkləyir...
24.09.2024 [09:13]
Bu, beynəlxalq hüquqa və bəşəri dəyərlərə açıq hörmətsizlikdir
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də əsassız ittihamlar irəli sürülür. Sentyabrın 22-də Kanadanın xarici işlər naziri Melani Joli də Azərbaycana qarşı yalan və böhtan üzərində qurulmuş fikirlər səsləndirib. Melani Joli Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin “birinci ildönümü ilə əlaqədar” bəyanat verərək iddia edib ki, “Kanada Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həllini və gücdən istifadə etməmək prinsipini, eləcə də ərazi bütövlüyünə, xalqların öz müqəddəratını təyinetmə hüququna hörməti dəstəkləyir. Bu, erməni sakinlərinin təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnu, insan hüquqlarının qorunmasına təminatları və ərazidə erməni mədəni-tarixi irsinin qorunmasını nəzərdə tutmalıdır”.
Melani Jolinin yalan və böhtan bəyanatı...
Bu fikirlər onu göstərir ki, sanki kanadalı nazirin regionda baş verənlərdən xəbəri yoxdur. Əgər xəbəri olsaydı, bilməliydi ki, “Dağlıq Qarabağ” məsələsi çoxdan mövcud deyil. Hazırda gündəmin əsas mövzusu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Yəqin bu bəyanatın mətnini onun erməni dostları hazırlayıb.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi də Kanadanın xarici işlər naziri Melani Jolinin sözügedən bəyanatını qətiyyətlə pisləyərək rədd edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Kanadanın xarici işlər naziri beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra regiondakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur. O, həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir.
XİN: Bəyanat Kanadanın Azərbaycana qarşı açıq qərəzinin göstəricisidir
XİN rəsmisinin qeyd etdiyi kimi, Kanada xarici işlər nazirinin Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu nümayiş etdirir. Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar. Kanadalı nazirin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindən olan 1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyi halda, regionda humanitar böhranla bağlı iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisidir. Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə “moizə” oxumağa mənəvi haqqı yoxdur. Bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil.
İcma: Kanada Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüquqlarına hörmət etməlidir
Qərbi Azərbaycan İcması da Melani Jolinin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayıb. Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub ki, kanadalı nazir öz bəyanatında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürür, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirir. “Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, Azərbaycan ərazilərini otuz il işğal altında saxlayaraq talan etməsinə və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verməməsinə göz yuman Kanadanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur”,-deyə İcmanın bəyanatında vurğulanıb.
Bütün bunlar göstərir ki, Kanada Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir və bölgədə yenidən münaqişə yaratmağa çalışır. İcma artıq mövcud olmayan bir problemin həlli üçün “öz müqəddəratını təyinetmə” prinsipinə istinad edən kanadalı nazirin diqqətinə çatdırıb ki, bu prinsip onun iddia etdiyi məsələ üçün deyil, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı və orada hüquqlarının təmin edilməsi məsələsi üçün aktualdır.
Qərbi Azərbaycan İcması Kanada hökumətindən həmin bəyanatı geri götürməyi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz yurdlarına qayıtmaq hüquqlarına hörmət etməyi tələb edib.
Bir məqamı da vurğulayaq ki, kanadalı nazir bəyanatında Azərbaycan tərəfindən həbs edilən bütün etnik ermənilərin azad edilməsinə “çağırıb”. Əslində, bu “çağırış” separatizmə və müharibə cinayətlərinə dəstək verməkdir. Görünür, xanım Joli öz bəyanatının fərqində deyil. Əgər fərqində olsaydı, bəşəriyyətə və mülki şəxslərə qarşı müharibə cinayətləri törədən cinayətkarlara dəstək verməzdi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

