Ombudsman UNICEF-in ölkəmizdəki nümayəndəsini Ermənistanın mina terroru barədə məlumatlandırıb
24.09.2024 [19:36]
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullah ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib.
Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan ombudsman beynəlxalq təşkilatlarla, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini qeyd edib.
Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq müvafiq sahədə görülmüş işlərdən danışıb.
S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib.
Ombudsman milli preventiv, habelə uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmləri çərçivəsində, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etməsi və digər istiqamətlərdə görülən işlər haqqında da geniş məlumat verib.
Müvəkkil azad edilmiş ərazilərimizdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaratdığını bildirib, uşaqların da minadan zərər çəkən şəxslər arasında olduğunu və onların mina təhlükəsizliyi barəsində məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
UNICEF-in ölkəmizdəki nümayəndəsi Saca Faruq Abdullah öz növbəsində səmimi qəbula görə ombudsmana minnətdarlığını bildirib.
Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53

