/ / Bakının Nərimanov rayonunda yeni salınmış parkda “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilib
Bakının Nərimanov rayonunda yeni salınmış parkda “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilib
20.12.2012 [01:13]
Dünən Bakının Nərimanov rayonunun ərazisində yeni salınmış parkda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, Azərbaycan ilə Rusiya əsrlər boyu mehriban qonşuluq əlaqələrinə malik olublar. Xəzər dənizinin sahillərində yerləşən hər iki dövlət son illər ərzində daha yaxın münasibətlər qurublar. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana rəsmi səfəri zamanı Ulu öndər Heydər Əliyev ilə apardığı danışıqların nəticəsində iki xalq arasındakı münasibətlərin gələcək inkişafının əsası qoyulub.
Həştərxan Rusiyanın qabaqcıl regionlarındandır və bu region Azərbaycan ilə sıx iqtisadi əməkdaşlıq edir. 2010-cu ildə Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb, şəhərin “Bakinski” küçəsində 11 nömrəli orta məktəb və piyadalar üçün keçid körpüsü tikilib istifadəyə verilib. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük rolu olub. Bu parkın açılışında da Mehriban xanım Əliyeva iştirak edib və onun təşəbbüsü ilə parka “Bakı-Həştərxan dostluq parkı” adı veriləcək.
Mərasimdə çıxış edən Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin hələ Sovet İttifaqı dövründə Bakıya gələrək buradakı dostları ilə şəhəri gəzməsini xatırlayaraq deyib ki, o dövrdə də, indi də azərbaycanlıların qonaqpərvərliyinin şəxsən şahidi olub. Bakı ötən dövrlə müqayisəyə gəlməz dərəcədə gözəlləşib.
Qubernator deyib ki, Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasındakı iqtisadi əlaqələrin əsası XIX əsrin əvvəllərində qoyulub. Hər iki ölkənin tacirləri tez-tez qarşılıqlı səfərlər edərək iqtisadi əlaqələri dostluq və mehriban qonşuluq əlaqələrinə çeviriblər. Bu gün ata-babalarımızdan bizə miras qalmış münasibətlərimizi daha da yaxınlaşdırmalıyıq. Bu il Azərbaycan ilə Həştərxan arasındakı qarşılıqlı ticarət dövriyyəsi ötən ilə nisbətən 35 faiz artıb ki, bu da iqtisadi münasibətlərimizdəki irəliləyişin göstəricisidir.
Həştərxanda azərbaycanlıların çoxsaylı diasporu var. Vilayətdə yaşayan azərbaycanlılar həmişə öz intellektual səviyyələri, vətəndaş mövqeləri ilə seçiliblər. Odur ki, azərbaycanlılarla rəsmi dairələr arasında nümunə ola biləcək yüksək səviyyədə əlaqələr qurulub. Bu əlaqələr Azərbaycan dövləti ilə Həştərxan vilayətinin yalnız iqtisadi deyil, humanitar sahələrdə də əməkdaşlığının inkişafına kömək edəcək. Belə gözəl parkda dostluq abidəsinin ucaldılması Bakı ilə Həştərxanın münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.
Çıxışlardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin xatirə müraciətini imzalayıblar.
Sonra imzalanmış müraciət gilizə yerləşdirilərək “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlinə qoyulub.
Mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

