Azərbaycan xalqı 2013-cü ildə keçiriləcək seçkidə də Prezident İlham Əliyevi dəstəkləyəcək
20.12.2012 [01:14]
Hər bir Azərbaycan vətəndaşı bundan sonra da ölkəmizin inkişafını cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etməsində görür
Son illər sürətlə inkişaf edən Azərbaycanda həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, bu inkişafın, həmçinin, bütün sahələrdə qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Məlum olduğu kimi, müstəqilliyini 21 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, inzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycanda Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu model ölkəmizin iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin sosial rifahının yüksəlməsində də özünü göstərir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində xalqa xidmət prinsipi dayanır və bu, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin dövlət başçısının siyasətini dəstəkləməsini şərtləndirən başlıca amildir. Və heç şübhəsiz, Azərbaycan xalqı 2013-cü ildə ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində də cənab İlham Əliyevi dəstəkləyəcək. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan xalqının 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təsəvvürlərinin mayasını təşkil edən ideya növbəti beş ildə də ölkəmizə cənab İlham Əliyevin rəhbərlik etməsi ilə əlaqədardır. Əli Əhmədov hesab edir ki, belə bir ictimai düşüncənin formalaşması Azərbaycanın inkişafı, bu inkişafın hər bir Azərbaycan vətandaşının ailəsində özünü göstərməsi ilə əlaqədardır. Onun fikrincə, hər bir Azərbaycan vətəndaşı bundan sonra da ölkəmizin inkişafını İlham Əliyevin Azərbaycana rəhbərlik etməsində gördüyündən 2013-cü il prezident seçkilərində də özünün namizədi kimi məhz İlham Əliyevi görür: “Düşünürəm ki, bu fikirləri, bu yanaşmanı Azərbaycan gəncliyi də görür. Çünki Azərbaycan gəncliyi İlham Əliyevin rəhbərliyinin ortaya qoyduğu reallıqlardan, inkişafdan, əmin-amanlıqdan faydalanır. Bütün bunlar toplum halında Azərbaycan cəmiyyətinin 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar namizədin məhz İlham Əliyevin şəxsiyyətində görməsini şərtləndirir”.
Onu da vurğulayaq ki, Cənubi Qafqaz regionunun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur.
Regionda tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın öz gücünə arxalanması xarici siyasəti müəyyənləşdirən əsas faktorlardandır. Qeyd edək ki, Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu daha da artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar ölkənin milli mənafeyi ilə dövlətlərarası münasibətlərin etik və hüquqi cəhətlərinin keyfiyyətli uzlaşdırılması sayəsində mümkün olub.
Təbii ki, sadaladığımız faktlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Yəni, tam müstəqil siyasət həyata keçirən Azərbaycan dövləti yalnız milli maraqlara uyğun addımlar atır. Şübhəsiz, dövlətimizin milli maraqlarımızı yüksək səviyyədə qoruması və təmin etməsi xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Eyni zamanda, dövlətimiz və onun rəhbərliyi milli maraqlara əsaslanan siyasəti davam etdirməkdə qətiyyətlidir. Müstəqil siyasət isə Azərbaycana gələcəkdə də böyük uğurlar qazandıracaq, əhalinin rifahını daha da yüksəldəcək və ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, mövqeyini gücləndirəcək. Bu mənada növbəti prezident seçkilərində xalqımızın cənab İlham Əliyevi dəstəkləyəcəyi kimsədə şübhə doğurmur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

