/ / Türkiyəli diplomat: Azərbaycanın düşmənləri 44 günlük müharibənin dərslərini yaddan çıxarmamalıdır
Türkiyəli diplomat: Azərbaycanın düşmənləri 44 günlük müharibənin dərslərini yaddan çıxarmamalıdır
27.09.2024 [13:51]
Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü və qüdrətini dünyaya nümayiş etdirən tarixi Qələbə qazandı.
Bu fikri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç 27 Sentyabr - Anım Günü münasibətilə AZƏRTAC -ın müxbiri ilə söhbətində bildirib.
Diplomat Azərbaycan övladlarının erməni işğalçılarına qarşı döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndirib: “Azərbaycan xalqı tarixi məqsəd naminə öz liderinin və ordusunun ətrafında birləşdi. Şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, qazilərə, Qələbə gününün yaxınlaşmasında əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm”.
Kılıçın sözlərinə görə, 44 günlük müharibə zamanı Azərbaycan hərbçilərinin peşəkarlığı və məharəti dünya hərb sənəti tarixinə dair məqalələrdə və dərsliklərdə öz əksini tapmalıdır. “Biz hamımız şahidi olduq ki, yaralı Azərbaycan əsgərləri yenidən döyüşə can atırdılar, Azərbaycan qadınları başlarını dik tutub şəhidlərin cənazələri olan tabutları daşıyırdılar. Bütün bunlar Azərbaycan xalqının möhkəm iradəsinin və sarsılmaz ruhunun nümunəsidir”, -deyə “İMZA” İctimai Birliyinin nümayəndəsi vurğulayıb.
Hulusi Kılıç 44 günlük müharibədə qazanılan Zəfəri Prezident İlham Əliyevin müdrikliyinin və dəyanətinin nümayişi adlandırıb: “Azərbaycan liderinin Vətən müharibəsi günlərində səsləndirdiyi mesajlar təkcə öz xalqına deyil, bütün dünya ictimaiyyətinə ünvanlanıb. Əminəm ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri bu şanlı tarixi təfsilatı ilə öyrənəcək”.
Türkiyəli ekspert diqqəti Türkiyənin Azərbaycanın ədalətli mübarizəsinə dəstəyinə də çəkib.
Azərbaycan ərazisində bir əsrdən də çox əvvəl qardaş xalqın köməyinə gələn minlərlə türk hərbçisinin məzarlarının olduğunu xatırladan keçmiş səfir deyib: “Bizim qəlbimizdə Azərbaycan əsgərlərinin xatirəsi Türkiyə oğulları kimi əziz yer tutur”.
Hulusi Kılıç deyib: “Şəhidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Azərbaycanla dostluq bizim üçün çox qiymətlidir. Eyni zamanda, Azərbaycanın düşmənləri də 44 günlük müharibənin və lokal xarakterli antiterror əməliyyatının dərslərini yaddan çıxarmamalıdır. Arzum odur ki, müharibələr bir daha Azərbaycanın gələcəyinə təhlükə yaratmasın”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

