Atəş əmrini kim verib?
28.09.2024 [09:42]
İrəvan Hindistandan ballistik raketlər almaq istəyir
Ermənistan müharibəyə hazırlaşır?
Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə hazırda sülh prosesi davam edir. Lakin müxtəlif beynəlxalq tədbirlər ərəfəsində və ya ondan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bu dəfə isə ermənilər Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşdüyü vaxt hərbi təxribat törədib.
Sülhə açılan atəş...
Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub. Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yoldur. Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu dəfələrlə təsdiqləyib. Lakin Ermənistanın hərbi təxribat törətməsi hansı mətləblərdən xəbər verir? İlk növbədə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən rəsmi Bakı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Amma bəzi ?ərb ölkələri, dünyadakı erməni lobbisi prosesi pozmaqda maraqlıdır və bunun üçün İrəvanı təxribatlara təşviq edirlər. “Biz bir ay ərzində sülh sazişini imzalamağa hazırıq” deyən rəsmi İrəvan gerçəkdə müxtəlif bəhanələrlə prosesi uzadır.
Paşinyan sülhdən danışır, amma ordusu təxribat törədir
Bütün bunlar göstərir ki, bugünlərdə BMT Baş Assambleyasınının 79-cu sessiyasında çıxışı zamanı sülhdən ağızdolusu danışan Nikol Paşinyan sadəcə, beynəlxalq birliyi aldatmağa çalışır. Bunu Naxçıvan istiqamətində hərbi təxribatın törədilməsi də təsdiqləyir. Yeri gəlmişkən, Ermənistanda oktyabrın 15-dən dekabrın 20-dək ehtiyatda olan hərbçilər üçün “təlim-məşq” toplanışlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə müvafiq qərar sentyabrın 26-da Ermənistan hökumətinin iclasında qəbul edilib. Bildirilir ki, məqsəd hərbi vərdişlərin artırılması, ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı və yenidən hazırlanmasıdır. Bu qərarın Naxçıvanın atəşə tutulduğu bir gündə verilməsi diqqəti cəlb edir. Üstəlik, Ermənistanın silahlandırılmasının davam etməsi də region üçün narahatlıq doğurur. Hazırda Hindistan Ermənistanın “Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxır. Bu barədə “İndian Defense Research Ving” nəşri yazıb. Nəşr bu barədə bildirib: “İyun ayında Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib. Lakin Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün Hindistan 300 km və ya daha çox mənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır. Hindistan Ermənistanın “Pralay”ın tədarükü ilə bağlı tələbini qəbul etsə də, saziş hələ bağlanmayıb. Bununla belə, sövdələşmə tezliklə bağlana bilər, çünki Hindistanın təminatları sürətli razılaşmanın mümkünlüyünə işarə edir”, - nəşr yazır. Qeyd edək ki, “Pralay” kvazi ballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir və 500 km mənzilə sahibdir.
Hindistandan ballistik raketlər alınarsa...
Rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsi çox narahatedici məqamdır. Məlumdur ki, ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan, Fransa xüsusi canfəşanlıq edir. Bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. İrəvanın Hindistandan ballistik raket almaq istəyi isə deməyə əsas verir ki, hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Ona görə də, rəsmi İrəvanın silahlandırılması yolverilməzdir.
Regionda baş verə biləcək yeni gərginliyin bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşəcək. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, anlamalıdır ki, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti olaraq rədd edilməli və qınanılmalıdır. Cənubi Qafqazın yenidən münaqişə ocağına çevrilməməsi üçün rəsmi İrəvanın silahlandırılmasının qarşısı alınmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

