Əli Əhmədov: Ayrı-ayrı qüvvələr İsmayıllıda baş verənlərdən siyasi divident qazanmağa çalışır
26.01.2013 [14:22]
“Bu gün İsmayıllıda ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərlə görüşlər keçirdik, müəyyən söhbətlər apardıq. Keçirdiyimiz görüşlərin bir məqsədi var ki, vətəndaşları narahat edən məsələləri onların öz dilindən eşidək, nöqsanların aradan qaldırılması istiqamətində birgə fikir mübadiləsi aparaq”.
APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, partiyanın İcra katibi Əli Əhmədov İsmayıllı rayonunda yerli ictimaiyyətin nümayəndələri ilə görüşü şərh edərkən deyib.
Əli Əhmədov bir neçə gündür, İsmayıllıda yaşanan gərginliyin hər kəsi narahat etdiyini qeyd edib: “Bu bütövlükdə sabitliyimizə, dövlətçiliyimizə xələl gətirən, İsmayıllı sakinlərinin narahatlığına səbəb olan hadisədir. Biz bu narahatlıqların tezliklə aradan qalxmasını istəyirik. Bu gərginliyin aradan qaldırılması üçün ən vacib şərtlərdən biri onun səbəblərini araşdırmaq, burada maraqlı olan tərəflərin niyyətini aydınlaşdırmaqdır. Mən qəti əminəm ki, İsmayıllı əhalisi bu gərginliyin nəinki tərəfdarı deyil, əslində narahatlıq keçirən, bu hadisələrdən ən çox əziyyət çəkən sadə insanlardı. Görünən odur ki, məişət zəminində baş verən xırda anlaşılmazlıqdan istifadə edənlər var. Müəyyən qüvvələr adi avtomobil qəzası ilə bağlı yaranan söz-söhbəti böyüdərək iğtişaşlara gətirib çıxarır. Bu hadisədən ayrı-ayrı qüvvələr siyasi divident qazanmağa çalışır”.
Əli Əhmədov deyib ki, İsmayıllıda əhalinin əksər hissəsinin sağlam düşüncəli, dövlətçiliyi, sabitliyi sevən insanlardır: “Yerli camaat təxribatçı insanların müəyyən niyyət və hərəkətlərinə fikir vermir. Bu təxribatçı insanlar tezliklə ifşa olunmalıdırlar”.
O, YAP-ın İsmayıllı rayonunda minlərlə fəal üzvünün olduğunu bildirib: “Onlar dövlətimizə, İsmayıllının inkişafına xidmət edən insanlardı. Onlar da bu narahatlığın aradan qalxmasına öz töhfələrini verəcəklər. Dünən gecə və bu gün rayonda vəziyyət yaxşı olub. Hamı gərginliyin aradan qalxdığını düşünür və yaxşı təəssüratlar var. Buna baxmayaraq müəyyən qüvvələrin gərginlik yaratmasına imkan verilməyəcək. Yerli sakinlərlə görüşümüzdə bildirdik ki, tanımadıqları şəxslərin kənardan rayona gələrək aranı qarışdırmasına imkan verməsinlər. Görünür ki, belə qüvvələr var. İsmayıllı camaatı rayonda sabitliyin təmin edilməsi işini öz əlinə almalı, təxribatlara uymamalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

