Siyavuş Novruzov: İstəyirlər hərəkatın adını “El” yox, lap “Sel” qoysunlar...
08.03.2013 [17:21]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, “El” hərəkatı sadəcə diqqəti cəlb etmək üçün ortaya atılmış bir təşkilatdır. O, bununla bağlı modern.az-a açıqlamasında deyib: “El” hərəkatı oldu, olmadı, onun ətrafına cəmləşən adamların nə mahiyyəti, nə də xüsusiyyəti dəyişəcək. Həmçinin, cəmiyyətin də onlar haqqında fikri konkretdir. İctimaiyyət onları qəbul etmir və bu, belə də olacaq. Lap istəyirlər, hərəkatın adını “El” yox, “Sel”, “Dağ”, “Qaya” qoysunlar. Mahiyyət dəyişmir və tamamilə mənasız bir ideyadır. Sadəcə olaraq, müəyyən dövrdə diqqəti cəlb etmək üçün atılmış bir addımdır. Özü də bu adamların Azərbaycanda heç bir sosial bazası, elektoratı yoxdur. Riyaziyyatda belə bir tərif var ki, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Bunlar da nə işə əl atsalar, nəticə ortadadır”.
İranla sərhəddə sadələşdirilmiş keçidin bərpa olunması perspektivləri haqda danışarkən isə S.Novruzov deyib ki, “kimsə İrandan gələndə cibində metrə gətirmir ki, getdiyi yeri ölçsün. Bu məsələyə baxmağın heç bir əhəmiyyəti də yoxdur”.
Millət vəkili bir müddət əvvəl Azərbaycan tərəfindən ləğv edilən sadələşdirilmiş gediş-gəliş müqaviləsinin yenidən gündəmə gətirilməsinin əhəmiyyət kəsb etmədiyini deyib. Onun sözlərinə görə, bu müqavilə daha çox insanların hüquqlarını pozur: “Bəzi adamlar başa düşmürlər və deyirlər ki, İranla nə isə tətbiq olunub. Azərbaycan vətəndaşlarının İrana getməsi tam sərbəstdir. İran vətəndaşları da viza rejimi ilə Azərbaycana gələ bilərlər. Heç bir sənədi olmadan sərhədi keçmək doğru olmazdı. Hesab edirəm ki, hər iki dövlətin xarici işlər nazirləri fikirləşirlər, müzakirələr apararlar. Onlar uyğun hesab edərlərsə bu müqavilə yenilənə bilər. Əslində, bunun heç bir mənası yoxdur. Bu necə ola bilər? Məsələn, Astaranın bir kəndinə gedə bilərsən, o biri kəndinə yox. Axı, burda qanun pozuntusu var. Kimsə də gələndə cibində metrə gəzdirmir ki, ölçsün: 30 km gedib, yoxsa 50 km. Ən yaxşısı viza rejiminin tətbiq olunmasıdır. Xüsusən də Novruz bayramında İran tərəfindən gələn həddindən artıq çox olur. Mən sadələşdirilmiş gediş-gəlişin bərpa olunmasına lüzum görmürəm”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43

