/ / Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2013 [14:02]
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəbləri və peşə liseyləri şagirdləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
AzərTAc xəbər verir ki, mayın 4-də “Gülüstan” sarayında təşkil olunmuş mükafatlandırma mərasimində Milli Məclisin deputatları, ali məktəb rektorları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Əvvəlcə Ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi rəhbər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, misilsiz idarəetmə istedadına malik olan Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olub, ən çətin məqamlarda ölkəmizin mənafeyi naminə böyük xilaskarlıq missiyasını üzərinə götürüb.
Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan M.Cabbarov Ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib. Nazir ölkəmizdə təhsil üzrə reallaşdırılan Dövlət proqramlarının əhəmiyyətindən bəhs edib.
Sonra müsabiqə barədə məlumat verilib. Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşdırılan müsabiqədə respublikanın müxtəlif şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin və peşə liseylərinin şagirdləri iştirak ediblər. Müsabiqə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika mərhələlərində) aparılıb, yekun mərhələdə 108 nəfər iştirak edib, 90 nəfər qalib seçilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin müstəsna tarixi rolundan danışıb. Dahi rəhbər Heydər Əliyev irsinin əhəmiyyətini vurğulayan Ə.Əhmədov Ulu öndərin irsinin təhsil müəssisələrində daha da dərindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.
Müsabiqə barədə fikirlərini bildirən Ə.Əhmədov deyib ki, gənclər Ümummilli liderin zəngin siyasi irsindən, parlaq ideyalarından bəhrələnməklə vətənpərvərliyi öyrənirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə böyük diqqət və qayğı göstərdiyini xatırladıb, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dövlətimizin başçısı İlham Əliyevin təhsilin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, bu sahənin müasir dünyada mühüm rolundan bəhs edib.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırıb. Heydər Əliyev Fondunun Azərbaycanın tərəqqisi naminə reallaşdırdığı tədbirlərdən, layihələrdən bəhs edən İ.Mustafayev müsabiqənin əhəmiyyətini qeyd edib, qaliblərə təhsildə yeni nailiyyətlər arzulayıb.
Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

