Azərbaycan Gənclərinin İnkişafı və Dövlət Siyasəti
29.01.2025 [17:42]
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Azərbaycanın gənclər siyasəti hər zaman ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən bu siyasət gənclərin hərtərəfli inkişafına, onların sosial, intellektual və mədəni həyatdakı fəallığının artırılmasına yönəlmişdir.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərin potensialını inkişaf etdirmək məqsədilə əhəmiyyətli addımlar atılmışdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə ilk mühüm addımlardan biri olmuşdur. 1996-cı il 2 fevralda keçirilən Azərbaycan Gənclərinin I Forumu gənclərin cəmiyyət həyatında daha fəal iştirakı üçün platforma yaratmışdır. Həmin ildə təsis olunan “Qızıl Kitab” və gənc istedadlara dövlət qayğısını təmin edən xüsusi təqaüdlər də gənclərə göstərilən diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər siyasəti daha da inkişaf etdirilmişdir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi və bu çərçivədə həyata keçirilən tədbirlər gənclərin sosial fəallığını artırmışdır. Ölkə üzrə yaradılan “Gənclər evləri” gənclərin milli-mənəvi dəyərlərə bağlılığı, sosiallaşması və intellektual inkişafı üçün əhəmiyyətli rol oynamışdır.
Azərbaycan gəncləri beynəlxalq arenada da fəal iştirak edir. “Bakı-2015” Birinci Avropa Oyunları, Şuşa və Lənkəranın beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi etməsi, eləcə də gənclərin xarici ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramları ölkəmizin gənclər siyasətinin uğurlarını nümayiş etdirir.
Gənclərimizin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. 50-dən çox Olimpiya İdman Kompleksi, gənc idmançıların beynəlxalq arenalarda uğurları Azərbaycanın idman ölkəsi statusunu daha da möhkəmləndirmişdir.
Ötən il noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.
Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların COP29 zamanı düzgün yönləndirilməsində könüllülərin rolu danılmazdır. Əsasən gənclərdən ibarət həm yerli, həm də xarici könüllülər qonaqları hava limanında qarşılamaq, nəqliyyat və şəhər gəzmə əməliyyatları, hotellərə rahat yerləşmədə fəaliyyətlər icra etməklə yanaşı, COP29 məkanında Yaşıl və Mavi zonalarda da ciddi əmək sərf ediblər. COP29 çərçivəsində 4 min 500 könüllü gənc fəaliyyət göstərib. Onların fəaliyyəti ölkəmizə gələn konfrans iştirakçıları tərəfindən də müsbət qiymətləndirilib. Tədbir sonrası onların xüsusi mükafatlandırılması da cənab Prezidentin könüllülərin əməyini yüksək dəyərləndirilməsindən irəli gəlir.
Azərbaycan gəncləri həmçinin Vətən müharibəsində öz vətənpərvərlik ruhu ilə tarixi zəfərə nail olmuş, ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Gənclər informasiya müharibəsində də fəal iştirak edərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır.
Bu gün gənclərimiz Azərbaycanın gələcəyini təmin etmək üçün geniş imkanlara malikdirlər. Onların təhsil, innovasiya, sahibkarlıq və ictimai-siyasi həyatda fəallığı dövlətin onlara göstərdiyi qayğının nəticəsidir. Azərbaycan gəncləri azad, güclü və sabit ölkənin əsas aparıcı qüvvəsi kimi öz mövqelərini daha da möhkəmləndirirlər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05

