Milli qanunvericilik və ikitərəfli razılıq əsasında...
08.02.2025 [10:57]
“Rus Evi”nin isə ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı mövcud olmayıb
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualını cavablandırıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, A.Hacızadə bununla bağlı deyib: “Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir”.
O bildirib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib: “Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da rəsmi Moskvanın Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına dair nota aldığını təsdiqləyib. Diplomat Rusiya tərəfinin “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi addımların atılmasına hazır olduğunu bəyan etdiyini bildirib. “Azərbaycan diplomatik kanallar vasitəsilə Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsinə dair nota göndərib. Buna cavab olaraq Rusiya tərəfi Azərbaycan qanunvericiliyinə uyğun olaraq “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi addımların atılmasına hazır olduğunu bildirib. Bu addımlar informasiya-mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət şərtlərinə dair ikitərəfli hökumətlərarası saziş əsasında atılacaq”, - deyə diplomat söyləyib.
Ümumiyyətlə, son zamanlar yayılan məlumatlar göstərir ki, “Rossotrudniçestvo” yaxın və uzaq xaricdə yaşayan soydaşları arasında əməkdaşlıq, rus dilinin yayılması və s. məsələləri prioritet elan etsə də, onun fəaliyyəti şəffaflıq üzərində qurulmayıb. Qurumun dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərir. Təşkilatın tarixinə gəlincə, 1925-ci ildə keçmiş SSRİ-nin müvafiq strukturlarının xeyir-duası ilə təsis edilib və müxtəlif adlar altında işləyib. O dövrdə hədəf casusluq və “ağ qvardiya”nın xaricdə kök salmış nümayəndələrinin məhv edilməsi, rus icmasının daha çox yaşadığı yerlərdə aktiv fəaliyyət olub.
Təşkilat SSRİ-nin təhlükəsizlik orqanları, o cümlədən ovaxtkı NKVD, sonralar isə DTK və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən aldığı əmr və tapşırıqlara uyğun fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra “Rossotrudniçestvo”ya çevrilən təşkilatın adı dəfələrlə casus qalmaqallarında çəkilib. Yuxarıda qeyd etdiyimiz kimi, 70-dən artıq ölkədə fəaliyyət göstərən təşkilat müxtəlif səbəblərdən altı ölkədə fəaliyyətini dayandırmalı olub. Onların beşi Avropa ölkəsidir və onların sırasında Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniya daxildir.
Beləliklə, Azərbaycanın verdiyi qərarın ciddi hüquqi əsasları var. Dövlətimizin mövqeyi beynəlxalq hüquqa və milli qanunvericiliyə əsaslanır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

