/ / Fransa radiosunda Azərbaycanın birinci xanımının Parisdə keçirdiyi görüşlərdən ətraflı bəhs olunub
Fransa radiosunda Azərbaycanın birinci xanımının Parisdə keçirdiyi görüşlərdən ətraflı bəhs olunub
30.05.2013 [04:00]
Azərbaycan ilə bağlı ayda bir dəfə efirində yer ayıran Fransa radiosunun may ayındakı proqramında əsasən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində Parisdə keçirdiyi görüşlərdən ətraflı bəhs olunub.
Verilişin aparıcıları Mehriban xanım Əliyevanın Milli Assambleyanın sədri Klod Bartmone, xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu, Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Mariani, Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua, Senatın sədri Jan-Pyer Bel, Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon, Fransa prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə keçirdiyi görüşlər haqda dinləyicilərə ətraflı məlumat veriblər. Həmçinin belə görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına, fransız və Azərbaycan xalqlarının dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi töhfə verməsi diqqətə çatdırılıb.
Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Van şəhərində keçirilən “Azərbaycan günləri” ilə əlaqədar təşkil olunan sərgi və konsertə sakinlərin böyük maraq göstərdikləri proqramda xüsusi vurğulanıb.
Son illər Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımların atıldığının vurğulandığı verilişdə Naftalan şəhəri ilə Fransanın Leql şəhərlərinin qardaşlaşmasına dair rəsmi sənədin imzalanması və bununla bağlı keçirilən tədbirlərdən geniş bəhs olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı sayəsində Bakıda tikilən fransız liseyinin sentyabrda açılacağı və 2013-2014-cü tədris ili üçün şagirdlərin qəbuluna başlayacağı verilişin əsas xəbərlərindən biri olub.
Proqramda ermənilərin Xocalı hava limanını açmağa cəhd göstərmələri və Azərbaycanın bu məsələyə münasibətinə də toxunulub. Bununla bağlı türk jurnalistlərinin suallarına xarici işlər nazirinin müavini Araz Əzimovun cavabı fransız dinləyicilərinə çatdırılıb. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə əlaqədar ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən təkliflərə Ermənistanın razı olmadığını, hava limanının işğal altındakı ərazilərimizdə yerləşdiyinə görə yalnız ölkəmizin razılığı və torpaqlarımızın azad edilməsindən sonra açılmasının mümkünlüyünü, onun fəaliyyətinin beynəlxalq mülki aviasiya qanunlarına tamamilə zidd olduğunu qeyd edib.
Verilişdə Ermənistanda yaranmış acınacaqlı iqtisadi vəziyyətdən, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasından, ölkədə korrupsiyanın tüğyan etməsindən və digər məsələlərdən bəhs olunub.
Klassik və müasir musiqimizlə müşayiət olunan verilişdə Azərbaycanda nəşr edilən mətbu orqanlarının xülasəsi barədə də məlumat verilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

