/ / İcmadan Paşinyana cavab: “Qərbi Azərbaycan məsələsinin hərbi təhdid kimi təqdim edilməsi tamamilə qəbuledilməzdir”
İcmadan Paşinyana cavab: “Qərbi Azərbaycan məsələsinin hərbi təhdid kimi təqdim edilməsi tamamilə qəbuledilməzdir”
11.02.2025 [09:51]
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regionda sülhün əldə edilməsinə maraqlı olmadığını nümayiş etdirib. O, fevralın 10-da “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində faktları və həqiqətləri təhrif etməklə bu mövqeyini ortaya qoyub. Paşinyan, məqalədə regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib.
Baş nazirin əsassız iddiaları...
Ölkəsinin silahlandırılmasına haqq qazandırmağa çalışan baş nazir iddia edib ki, guya Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Ancaq yaxın tarix sübut edir ki, Ermənistan silahlanma prosesindən məhz Azərbaycan torpaqlarını işğal etmək üçün istifadə edib. Ona görə də, gələcəkdə də silahlanmadan bu məqsəd üçün istifadə etməyəcəyinə heç bir təminat yoxdur.
Digər tərəfdən, nə qədər absurd olsa da, Paşinyan Ermənistanın təhlükəsizliyinə təhdidlərin Azərbaycanda formalaşdığını deyib. O iddia edib ki, Praqada əldə olunan razılaşmaların əksinə olaraq, Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verilir. Buna “nümunə” olaraq “Qərbi Azərbaycan” mövzusunu göstərir. Paşinyanın fikrincə, guya Qərbi Azərbaycan İcmasının təsis sənədlərində Ermənistanın suveren ərazisinin təxminən 60 faizi “hazırda Ermənistan Respublikasının nəzarətində olan ərazilər” və ya “Ermənistan Respublikası” adlı siyasi-hüquqi vahidin nəzarətində olan ərazilər” adlanır.
Ermənistan təcavüzkar keçmişini unutmamalıdır
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir: “Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik. Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir”.
Erməni baş nazirin iddiasının əksinə olaraq, İcma qeyd edib ki, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhvali-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar.
İcma tələb edir!
“Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir. Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxt İrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamış olduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarını xatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə, sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtması uğrunda mübarizə aparır”- deyə bəyan edən Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

