Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
13.02.2025 [10:47]
Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətlərinin, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.
Qeyd edək ki, Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edir. Hələ 2023-cü ilin sentyabrında ölkəmiz bu qurumun sədrliyinə namizədliyini irəli sürmüşdü. Həmin ilin noyabrında isə Türkiyənin Antalya şəhərində 20 dövlətin parlament nümayəndə heyətinin təmsil olunduğu Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclasında Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.
Ötən il 22-23 fevral tarixində isə Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilmişdi. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edib. Baş katib Asiya Parlament Assambleyasına sədrliyin növbəti iki il üçün Türkiyədən Azərbaycana keçdiyini söyləyib. O, Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının gələcək fəaliyyətində uğur qazanacağına inamını ifadə edib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş quruma rəhbərliyi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib. S.Qafarova Türkiyə Böyük Millət Məclisinin təşkilata uğurlu sədrliyini vurğulayıb. Deyib ki, son illərdə görülən işlər parlamentlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olub. O bildirib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir. Bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir. Parlamentin sədri daha sonra qeyd edib ki, Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformanı təmsil edir.
Tədbirdə Assambleyanın müxtəlif komitələrinin iclası da keçirilib, “Qadınlar üzrə Komissiya haqqında”, “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması üzrə tədbirlər haqqında”, “İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Asiya İnteqrasiyasına dair”, “Asiyada sağlamlıq bərabərliyi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentarilərinin korrupsiyaya qarşı mübarizəsi haqqında”, “Dünya dinlərinin ardıcılları arasında dialoqun və harmoniyanın təşviq edilməsi haqqında”, “Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında”, “Asiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə səmərəli əməkdaşlıq haqqında”, “Asiyada davamlı cəmiyyət üçün keyfiyyətli uşaq və gənclərin inkişafının təşviqi haqqında” və başqa qərar layihələri müzakirə olunub.
Eyni zamanda, 14-cü sessiyada qurumun yeni - Fələstin komitəsinin yaradılması barədə də qərar verilib.
Assambleyanın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və yekun hesabatı qəbul olunmuşdu.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49

