Bakının Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilib
07.06.2013 [02:10]
Birinci xanım Mehriban Əliyeva açılışda iştirak edib
İyunun 6-da Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidi yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
Azərbaycanda milli mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Xəzər rayonunun Binə qəsəbəsinin Vaqif küçəsindəki İmam Rza məscidinin bərpası da bu müqəddəs amaldan qaynaqlanır.
İmam Rza məscidi 1990-2005-ci illərdə əhalinin təşəbbüsü və birbaşa iştirakı ilə inşa edilib. Məscid qəzalı vəziyyətə düşdüyündən yenidənqurma işlərinin aparılmasına böyük ehtiyac yaranıb. Məsciddə yenidənqurma işlərinə Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin sentyabrında başlanılıb. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu il martın 1-də Binə qəsəbəsində olarkən məsciddə aparılan yenidənqurma işləri ilə tanış olub. İmam Rza məscidində aparılan yenidənqurma işləri bu ilin mayında başa çatdırılıb.
Azərbaycanın birinci xanımı İmam Rza məscidində yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin ümumi sahəsi 1800 kvadratmetrdir. Məscidin hasarı tamamilə sökülərək yenidən tikilib, darvaza və metal barmaqlıqlar dəyişdirilib. Məscidin əsas binasının bünövrəsində bərkitmə-gücləndirmə və izolə işləri aparılıb. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılıb. Qapı və pəncərələr dəyişdirilib, divar və tavanda bəzək-tərtibat işləri aparılıb.
Diqqətə çatdırılıb ki, məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi mümkündür. Burada istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılıb. Məscidə gələn qadınlar isə ikinci mərtəbədə ayrılmış yerdə ibadət edə biləcəklər.
Məscidin axundu hacı Həsən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “Qurani-Kərim” hədiyyə edib.
Mehriban xanım Əliyeva məscidin mərasim zalı ilə də tanış olub.
Bildirilib ki, bu zalda da istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılıb. Binaların dam örtükləri sökülüb, hündürlüyü artırılıb. Bütün binalarda suvaq və elektrik kabelləri təzələnib. Mətbəx və köməkçi sahələr müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub. Məscidin istilik sistemi, isti və soyuq su xətləri yenidən quraşdırılıb. Məscidin əsas binasının, minarənin, köməkçi binaların, hasarın fasadları və şəbəkələri layihəyə uyğun olaraq daş lövhələrlə üzlənib.
Məscidin həyətində abadlıq işləri aparılıb, yaşıllıq salınıb, asfalt yollar və səkilər yenilənib.
Sonra Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Binə qəsəbəsinin sakinləri ilə görüşüb.
Sakinləri salamlayan Mehriban xanım Əliyeva deyib: “Mən çox şadam ki, belə nəcib iş Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bildiyiniz kimi, Fond fəaliyyətə başladığı ilk gündən təhsilə, mədəniyyətə, dini abidələrin qorunub saxlanılmasına, milli ənənələrimizə, dəyərlərimizə hörmətlə yanaşmaq fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Ona görə bu gün belə bir xoş gündə mən sizin hamınızı təbrik edirəm və sizi görməyə çox şadam”.
Sakinlər: “Çox sağ olun. Allah Sizə kömək olsun”.
***
Məscidin axundu hacı Həsən qəsəbədə görülən işlərə və məsciddə aparılan əsaslı yenidənqurmaya görə Binə sakinləri adından Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu tərəfindən Binədə görülən işlərdən də danışıb, bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Azərbaycanın birinci xanımı onun salamlarını qəsəbə sakinlərinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

