Xocalıda, Xankəndidə birgə addımlayan siyasi partiyalar
08.03.2025 [11:18]
Siyasi dialoq mühiti yeni mərhələdə...
Azərbaycanın siyasi palitrasında mühüm yeniliklərə yol açan, yeni siyasi konfiqurasiya çərçivəsində inkişaf edən dialoq mühiti, siyasi həmrəylik 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində azad edilmiş Xankəndi, Xocalı və Əsgəranda yenidən öz təzahürünü tapdı. Belə ki, martın 6-da ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində adıçəkilən bölgələrimizə səfər ediblər. Səfərin təşkilatçısı Azərbaycan Respublikası Prezidenti Administrasiyası olub.
Birgə səfərlər dialoqun inkişafına dəstək verir
Vurğulanmalıdır ki, yeni siyasi konfiqurasiyanın əsasında məhz siyasi dialoq mühitinin formalaşdırılması dayanır - Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək və inkişaf etdirmək üçün bu amil vacib şərtdir. Prezident İlham Əliyev hər zaman bildirib ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Dialoq ənənəsi isə dövlətin əldə etdiyi uğurlara, qalibiyyətə və zəfərə hədəflənməlidir. 2020-ci ilin vətən müharibəsi dövründə siyasi partiyaların milli maraqlarımız ətrafında birləşməsi də məhz bu uğurları yaradan şərtlər sırasında qeyd olunur. Azərbaycanın siyasi palitrasının vahid mövqedən çıxış etməsi dövlətin Qarabağ uğrunda apardığı haqq-ədalət mübarizəsini daha da gücləndirdi.
Bu gün həmin milli həmrəyliyin nəticələri ortadadır - suverenliyimizin bərpası hər bir siyasi partiya təmsilçisində, hər bir vətəndaşda xüsusi qürur hissi yaradır. 30 ilə yaxın işğal altında olan və xüsusi bir həssas anlam daşıyan Xocalı, Xankəndi kimi tarixi torpaqlarımızda birgə addımlamaq mühüm bir irəlilyişdir - bu, siyasi qüvvələrin yeni konsolidasiyasına, milli həmrəylik üçün dialoqun genişləndirilməsinə daha da yaxından kömək göstərir.
Xocalı reallığı: hər bir azərbaycanlı qürur duyur...
Bu mənada növbəti, sayca 5-ci birgə səfər Xankəndi, Xocalı və Əsgərana edilib. 24 siyasi partiyanın nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər qədim yurd yerimizdə, erməni işğalının qurbanına çevrilmiş, soyqırımına, qətliama şahidlik etmiş torpaqlarımızda birlik, həmrəylik nümayiş etdiriblər. Təbii ki, səfərin bütün detalları olduqca əhəmiyyətlidir - amma qeyd edildiyi kimi, Qarabağ mübarizəsində, Qarabağın azadlığında, 30 illik müharibə tariximizdə olduqca həssas bir məqam olan Xocalı milli birliyimizin mövcud reallıqdakı əsl simvoluna çevrilir. Səfər iştirakçıları Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan işlərlə yaxından tanış olublar - bu, xüsusi bir hisdir. Həm kövrək, həm qürurverici anlar - həm də milli birliyin, birgəliyin nəticəsi kimi meydana çıxan qələbəmiz dövlətimizi tamam fərqli məqamlara ucaldıb. Bu gün hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olaraq qürur duyur.
Səfər iştirakçıları Xankəndi şəhərində də olublar və 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyi Zəfər meydanını ziyarət ediblər.
İnam və etimad: milli maraqların işığında formalaşan birlik, birgəlik...
Bu kimi səfərlər, görüşlər, fikir mübadilələri, müzakirələr dövlətin inkişafı, siyasi mühitin təkmilləşməsi üçün ən gözəl vasitədir. Xankəndi şəhərində səfər iştirakçıları qarşısında çıxış edən zaman Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Administrasiya rəsmisi qeyd edib ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Ədalət Vəliyev çıxışında bildirib ki, müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir.
Fərqli düşüncə, fərqli baxış və ya fərqli dəyərləndirmə normal bir haldır - amma mövzu dövlət, millət və ya milli maraqlar olan yerdə bütün güclər vahid ideoloji əsasda birləşməlidir. Ölkəmizdə də bu baş verdi - həm 2020-ci ildə, həm də 2023-cü ildə “Dəmir Yumruğa” inanan xalqımız, siyasi palitramız ümumi dövlət marağından çıxış etdi. Bütün dünya tərəfindən heyrətlə izlənən bu inam, etimad və həmrəylik yeni dövrün, yeni reallıqların əsasını qoydu. Bu gün Azərbaycan regionun simasına yeni ştrixlər əlavə edir - sülh uğrunda aparılan danışıqlar bölgəmizin strateji gələcəyini müəyyənləşdirir. Belə həssas bir məqamda isə daxili platformada yaşanan həmrəylik, birgəlik yalnız və yalnız uğur vəd edir. Azərbaycan bütün dünyaya tolerantlıq, multikulturalizmlə yanaşı həm də milli birlik, həmrəylik, birgəlik nümunəsi təqdim edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

