Hər kəs əməlinin məsuliyyətini daşımalıdır
13.03.2025 [10:07]
Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz!
Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş bir qrup erməni əsilli şəxslər ədalət mühakiməsi qarşısına çıxarılıb. Bir müddətdir ki, Bakıda onların məhkəməsi davam edir və məhkəmə prosesi şəffaf keçirilir.
Nə qədər absurd olsa da, həm Ermənistan, həm də xaricdəki erməni lobbisi bu məsələ ilə bağlı dezinformasiya yayır, konkret cinayətlərdə ittiham olunan şəxslərin mühakimədən yayıdırılması üçün fərqli yollara əl atırlar. Məqsəd isə Azərbaycana beynəlxalq təzyiq göstərmək və bəlkə bu təzyiq yolu ilə onların azad edilməsinə çalışmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki bu gün güclü Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.
Absurd “bəyanat” və ona cavab...
Yeri gəlmişkən, bir neçə gün öncə İsveç-Ermənistan parlament dostluq qrupu da erməni cinayətkarların Bakıda keçirilən məhkəməsi ilə bağlı absurd bəyanat qəbul etmişdi. Bəyanatda həmin cinayətkarların azad edilməsi üçün “təcili beynəlxalq tədbirlərin görülməsi” üçün çağırış olunur. Lakin onların sözügedən “bəyanatı” cavabsız qalmayıb. Milli Məclisin Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktub göndərərək əsl həqiqətləri onların diqqətinə çatdırıblar. Məktubda bildirilib ki, saxta məlumatlar və yalan ittihamlar ilə dolu olan bu “bəyanat” reallığı təhrif etmək Azərbaycanın suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı cəhddir. Qeyd olunub ki, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ var. Ən əsası, müharibə canilərinin cəzasız qaldığı dövr artıq başa çatıb.
Qərbi Azərbaycan İcması erməni cinayətkarları dəstəkləyənləri qınayıb
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bəyanatda qeyd olunub ki, insan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olub. Bu mənada azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutması və davamlı sülhün əldə olunmasına böyük töhfədir. İcma təəssüflə bəyan edib ki, Ermənistan hökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər. “Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik”,-deyə bəyanatda vurğulanıb.
Şahidlər canilərin cinayətlərini sübutlarla ifşa edir
Ümumiyyətlə, Ermənistanın və xaricdəki müəyyən dairələrin erməni cinayətkarları müdafiə etməsi beynəlxalq hüququn pozulmasıdır. Nəzərə almaq lazımdır ki, məhkəməsi keçirilən şəxslər törətdikləri cinayətləri etiraf edirlər, əsl həqiqətlər üzə çıxır. Martın 11-də Ruben Vardanyanın məhkəməsində şahidlər onun cinayətlərini ifşa ediblər. Şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Kamo Eduardoviç Hayrapetyan R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. Eyni zamanda, Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. Həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. Şahid deyib ki, R.Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. R.Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.
Digər erməniəsilli şahid Muşeq Qurgenoviç Qriqoryan da ifadəsində bildirib ki, R.Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunublar.
Bütün bunlar məhkəməsi davam edən erməni əsilli şəxslərin cinayətlərinin təkzibolunmaz sübutlarıdır. Belə olan halda ittiham olunan şəxsləri müdafiə edən xarici qüvvələr də beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalıdırlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51

