QALİB VƏ QÜRURLU OLMAĞIN TƏNTƏNƏSİ
18.03.2025 [10:35]
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə əmin-arxayın şəkildə prosesləri dəyərləndirməsi ilk növbədə, ölkə başçısının böyük siyasi lider olmasının növbəti göstəricisi sayılmalıdır. Milli maraqlar məsələsində heç kəsə, heç bir dövlətə güzəştə getməyən dövlət başçısının bu gün qürurlu və güvənli görünən obrazının arxasında bu gün var olan, yenidən qurulan, azad, abad Azərbaycan dayanır.
İlham Əliyev dünyada baş verən proseslərə öz təcrübəsindən, nüfuz və səriştəsindən, bütün çətinlikləri dəf edərək çatdığı həqiqətlərdən çıxış edərək fikir bildirir.
Məhz öz ölkəsinin təcrübəsinə əsaslanaraq, heç bir əlavə köməyə, yardıma bel bağlamayaraq irəli getməyin, qalib olmağın, uğur qazanmağın yollarını göstərir müsahibəsində İlham Əliyev, Azərbaycanın bundan sonrakı inkişafında da şəxsi potensiala və daxili resurslara güvənərək irəliləyəcəyini önə çəkir. “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.
İlham Əliyev haqlı olaraq, bu təşkilatları zəif və iflic statusunda təqdim edir. 30 il ərzində beynəlxalq hüququn Qarabağ probleminə qarşı susqun, etinasız münasibəti bu baxımdan, meydanda olan bariz nümunədir.
Prezident İlham Əliyev müsahibəsində Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu, zaman-zaman hərbi təcavüz və böhranların predmetinə çevrildiyini bildirərək tarixi yaddaşa yenidən ekskurs edir və yeni dövrün reallıq və çağırışları kontekstində vəziyyəti dəyərləndirməyə çalışır: “Hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”.
Ölkə başçısının müsahibəsi hər zamankı kimi milli maraqların üzərində qurulmaqla, həmçinin dünyada baş verən münaqişə və ziddiyyətlərə vurğusu ilə də seçilir. Yaxın tarixdə hansı proseslər baş verəcək, hansı təbəddülatlar gerçəkləşəcək, ölkələr arasında müharibələr bitəcəkmi?
İlham Əliyev şəxsi təcrübə və qənaətlərinə əsaslanaraq, analiz və təhlillərini sərgiləyir. Azərbaycan-ABŞ münasibətlərinin dinc məcraya düşməsini bildirir, Rusiya-Ukrayna arasında davam edən müharibə ilə bağlı qənaətlərini bölüşür və Azərbaycan-Ermənistan arasında hələ də həllini gözləyən sülh müqaviləsini yenidən aktuallandırır. Prezident haqlı olaraq bildirir ki, sülh müqaviləsi imzalanmayınca müharibə bitmiş sayılmır. Doğrudan da belədir, bu gün bizimlə Ermənistan arasında hərbi savaş bitsə də, təbliğat, təşviqat, informasiya mübarizəsi davam edir. Və bu, ona görə davan edir ki, Ermənistan dövləti öz öhdəliyindən yayınır, başqa havadarlar və dəstəklər arayır, milli maraqlarını və xalqının asudə yaşamını nəzərə almır.
İlham Əliyev hər zamankı kimi, yenə də sülhə və gərginlikləri yox etməyə çağırır dünya dövlətlərini. Heç bir təsisata güvənmədən ayaq üstə dayanmağın, güclənməyin, öz taleyinin sahibi olmağı bacarmanın yollarını nişan verir: “...əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.
XII Qlobal Forum Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ideyaların toqquşmasına rəvac verən platforma olaraq dəyərləndirilir. İlk növbədə, foruma qatılan 50-də artıq sabiq dövlət və hökümət başçılarının siyasi potensialına, təcrübə və biliklərinə inamla yanaşmaq, bu təcrübələrdən xoş məramlar istiqamətindən yararlanmaq meylini meydana qoyur. İkinci mühüm məqam, fikir plüralizminin önə çəkilməsidir. İlham Əliyevin panellər arasında gedən qızğın müzakirələrin ümumi işin xeyrinə olacağını vurğulaması bu baxımdan səbəbsiz deyil. Çünki böyük ideyalar adətən fikir müxtəlifliyi və müzakirələrin mövcud olduğu şəraitdə hasilə gəlir.
Bütün yönləri ilə birlikdə XII Qlobal Forum Azərbaycan dövlətinin müsbət imicinin güclənməsinə xidmət edən platforma olaraq xalqlar arasındakı nizama və sülhə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi həm bunu mühüm amil olaraq dünyanın gözü önünə sərmək, həm də ona aparan yolun nümunəsini meydana qoymaq baxımından müstəsna qürur və dəyər faktıdır.
ELNARƏ AKİMOVA,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

