Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı Təşəbbüs Qrupunun keçirəcəyi beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb

Bakı Təşəbbüs Qrupunun keçirəcəyi beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb

15.04.2025 [08:57]

Son zamanlar Bakı Təşəbbüs Qrupu Afrika əsilli xalqların Daimi Forumu ilə sıx əməkdaşlıq qurub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, dənizaşırı ərazilərdən olan milli müstəqil hərəkatların üzvləri və beynəlxalq dekolonizasiya cəbhəsinin üzvləri ilə birgə bu forumda çıxışlar edilib. O, Bakı Təşəbbüs Qrupunun rəhbəri olaraq çıxışında dənizaşırı ərazilərdəki mövcud problemləri BMT vasitəsilə dünya ictimaiyyətinə çatdırdığını və gələcək fəaliyyətləri haqqında qısa məlumat verdiyini əlavə edib.

“Bundan başqa, aprelin 15-də Bakı Təşəbbüs Qrupu Afrika əsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində beynəlxalq konfrans keçirəcək və bu beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb. Bu gün həmçinin Afrika əslli xalqların Daimi Forumunun yeni sədri və yeni ekspertlər qrupu seçilib. Onlarla tanışlıq zamanı Bakı Təşəbbüs Qrupunun BMT eksperti, ABŞ vətəndaşı Karlayl Korbin ilə birgə hazırladığı hesabatı daimi forumun üzvlərinə təqdim etdik”,- deyə Abbas Abbasov bildirib.

Onun sözlərinə görə, “Dekolonizasiya: sakit inqilab” adlı beynəlxalq tədbirdə daimi forumun üzvləri, sessiyada iştirak edən vətəndaş cəmiyyəti üzvləri, dənizaşırı ərazilərdən olan qeyri-hökumət təşkilatları, elm xadimləri, ekspertlər iştirak edəcəklər.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31