Qərbi Azərbaycan mövzusu mühüm beynəlxalq platformanın gündəmində
15.04.2025 [11:02]
Antalya Diplomatiya Forumunda aparılan müzakirələr bu mövzuya dair beynəlxalq məlumatlılığın artmasında vacib rol oynayacaq
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı beynəlxalq müstəvidə işlər davam etdirilir. Bu prosesdə müxtəlif beynəlxalq platformaların imkanlarından səmərəli istifadə olunur. IV Antalya Diplomatiya Forumunda da sözügedən məsələnin gündəmə gətirilməsi çox önəmlidir.
Belə ki, Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada Qərbi Azərbaycan həqiqətləri də müzakirə edilib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın moderatorluğu ilə keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, icmanın sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, Milli Məclisin Səhiyyə komitəsinin, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, eləcə də Latın Amerikası və Karib hövzəsi parlamentinin sədri Rolando Gonzalez Patricio çıxış ediblər.
Dünyada baş verən mövcud problemlərə diqqət çəkən Fuat Oktay bu məsələlərin getdikcə daha da dərinləşdiyini və artıq qlobal güclərin bunun qarşısında aciz qaldığını bildirib.
Hər 70 insandan biri qaçqındır
Dünyadakı miqrasiya probleminə diqqət çəkən Asəf Hacıyev isə hazırda Yer kürəsində 110 milyon nəfərin, yəni, hər 70 insandan birinin qaçqın olduğunu bildirib. 1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqları ilə bağlı başlatdığı iddialar nəticəsində hər 10 azərbaycanlıdan birinin öz yurd-yuvasından didərgin salındığını xatırladan Asəf Hacıyev müharibənin bitməsinə baxmayaraq torpaqlarımızda törədilən dağıntılar səbəbindən bu insanların öz doğma el-obasına qayıda bilmədiyini, belə halların Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində yaşandığını vurğulayıb. O, hazırda ölkəmiz tərəfindən Qarabağda apardığı bərpa-yenidənqurma işlərinə toxunaraq, Azərbaycan dövləti tərəfindən bu işlər üçün ildə 4-5 milyard manat vəsait ayrıldığını, bir ölkə üçün bu məbləğin yüksək olduğunu deyib.
Ermənistan Qərbi azərbaycanlıların qayıdışını təmin etməlidir
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli isə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı çıxış edib. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə təkcə Qarabağ müharibəsi ilə məhdudlaşmır. Bu münaqişənin azı 200 illik tarixi var. Ermənilər bu coğrafiyada 200 ildir azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya həyata keçirib. Ə.Ələkbərli deyib ki, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməli, bunun üçün konstitusiyasını dəyişməlidir: “Eyni zamanda, Qarabağ müharibəsinin tərkib hissəsi kimi 1987-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüququnu tanımalı və təmin etməlidir. Özü də sözdə yox, əməldə”.
İcmanın sədr müavini, millət vəkili Ramil Həsən isə deyib ki, sülh müqaviləsinin imzalanması ilə biz etimadın bərpasını, sülhün təşviqini və yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını tələb edən yeni bir dövrə qədəm qoyuruq. Onun sözlərinə görə, 1987-1991-ci illər arasında təxminən 300 min azərbaycanlı Ermənistandan zorla qovulub: “Onların geri qayıtmaq hüququ beynəlxalq insan hüquqları və milli azlıqların qorunması çərçivəsində sülh prosesinin fundamental tərkib hissəsi kimi qəbul edilməlidir. Qərbi Azərbaycan İcması bu şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə beynəlxalq hüquq çərçivəsində və Ermənistanın ərazi bütövlüyünə, eləcə də BMT Nizamnaməsində əks olunan prinsiplərə tam hörmətlə yanaşaraq öz fəaliyyətini davam etdirir”.
Qərbi azərbaycanlıların qayıdışı qarşılıqlı etimad mühiti yaradacaq
İcmanın sədr müavini hesab edir ki, Qərbi azərbaycanlıların könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı anlaşma və uzunmüddətli sülhün qurulmasında irəliyə doğru tarixi addım ola bilər. R.Həsənin fikrincə, bu, həm də ikitərəfli münasibətləri yeni və daha konstruktiv səviyyəyə qaldıracaq: “Belə bir prosesdə parlament diplomatiyası dialoqun asanlaşdırılması, etimad körpülərinin qurulması, yurduna geri qayıdanların dinc yaşaması və sosial quruluşa reinteqrasiyasının təmin edilməsi baxımından həlledici rol oynaya bilər”. O bildirib ki, Yunanıstan, Bolqarıstan və Şimali Makedoniyadakı türkəsilli vətəndaşların bu gün bu ölkələrin ictimai-siyasi həyatında fəal rol oynadığı kimi, azərbaycanlılara da indiki Ermənistanda öz doğma torpaqlarına qayıtmaq, ləyaqətlə yaşamaq, öz hüquqlarını müdafiə etmək və bu ölkənin siyasi həyatında iştirak etmək imkanı yaradılmalıdır.
Btövlükdə, Antalya Diplomatiya Forumu kimi önəmli beynəlxalq platformada Qərbi Azərbaycan mövzusunun gündəmə gətirilməsinin siyasi əhəmiyyəti böyükdür. Nəzərə alaq ki, üç gün davam edən ?oruma dünyanın 155 ölkəsindən ümumilikdən altı mindən artıq iştirakçı qatılıb. Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib. Bu faktlar Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platforma olduğunu təsdiqləyir. Sözügedən mövzunun forumda gündəmə gətirilməsi isə Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında vacib rol oynayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30

