/ / Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan bir sıra məsələ plenar iclasa tövsiyə olunub
Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan bir sıra məsələ plenar iclasa tövsiyə olunub
15.04.2025 [19:32]
Aprelin 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Birinci məsələ Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı olub.
İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, hesabat qanunvericiliyin bütün tələblərini özündə ehtiva edir.
Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatı slaydlarla təqdim edən sədr Vüqar Gülməmmədov bildirib ki, burada Hesablama Palatasının həm audit, həm də qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılıb, Palatanın il ərzində fəaliyyəti barədə icmal-statistik məlumatları hesabata daxil edilib.
V.Gülməmmədov diqqətə çatdırıb ki, Palatanın fəaliyyəti 4 istiqamətdən ibarətdir. Qeyd olunub ki, 2024-cü ildə Palata tərəfindən audit və analitik fəaliyyət formasında 44 nəzarət tədbiri keçirilib. Bu tədbirlərin 45,5 faizində audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Bir audit və bir analitik fəaliyyət “Dövlət sirri haqqında” Qanuna əsasən məxfilik rejimində aparılıb. Auditlərin əhatə dairəsini dövlət büdcəsinin gəlir və xərc parametrləri, borclanma və kəsirin maliyyələşdirilməsi mənbələri və əksər büdcədənkənar dövlət fondları təşkil edib.
Palata sədri qeyd edib ki, kənar dövlət maliyyə nəzarətinin digər forması analitik fəaliyyətdir. 2024-cü ilin iş planına əsasən Hesablama Palatası tərəfindən biri məxfilik rejimində olmaqla, iki analitik fəaliyyət keçirilib, bu nəzarət tədbirləri ilə büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların debitor və kreditor borcları araşdırılıb, borcların büdcə təsnifatları üzrə strukturu, kontragentlər və müddətlər üzrə tərkibinin təhlili, uçotu və hesabatlılığının qiymətləndirilməsi predmet kimi müəyyən edilib.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən hesabat ilində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilib. Auditlərin əhatə dairəsini Naxçıvan Muxtar Respublikasının büdcə vəsaitləri təşkil edib. 2024-cü ilin iş planına əsasən keçirilmiş auditlərlə icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 milyon manatı əhatə edib. Maliyyə hesabatları üzrə təhriflərin məbləği 2 milyard 66 milyon manat təşkil edib. Bu məbləğin 888 milyon manatını əhəmiyyətli - maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi ilə bağlı təhriflər təşkil edib. Qalan 1 milyard 178,2 milyon manatını digər qrup təhriflər - mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları təşkil edib. Nöqsan məbləğini formalaşdırlan sonuncu komponent isə səmərəsiz xərclərdir. Bunun ümumilikdə məbləği 157,7 milyon manat olub.
Əvvəlki illərin iş planları üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 8,6 milyon manat bərpa edilib. Bundan əlavə, 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 milyon manat əhəmiyyətli təhriflərin 400 milyon manatdan çox məbləğ üzrə müvafiq düzəlişlər edilib. Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 milyon manatın bərpası və digər tədbirlərin görülməsi təmin edilib.
V.Gülməmmədov diqqətə çatdırıb ki, “Hesablama Palatası haqqında” Qanuna görə, Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasına və layihələrinə rəy verir. 2024-cü ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə 6 rəy, yenidən baxılma üzrə layihələrə isə 3 rəy hazırlanaraq təqdim olunub. 2023-cü ilin dövlət büdcəsinin icrasına rəy ilə müəyyən edilmiş uyğunsuzluq məbləği 1296,9 milyon manat, 2025-ci ilin büdcə layihəsinə verilmiş rəy ilə uyğunsuzluq məbləği 82,9 milyon manat olub. Uyğunsuzluqlar arasında vahid büdcə təsnifatına əməl olunmaması üstünlük təşkil edib.
V.Gülməmmədov çıxışının sonunda onu da qeyd edib ki, digər bir məsələ məsafədən audit və böyük verilənlərin təhlili ilə bağlıdır. Hesabat ilində bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilib, məsafədən auditə imkan verən proqram təminatının yaradılması məqsədilə ilkin konsepsiya və texniki tapşırığın ilkin layihəsi hazırlanıb.
Sonra aparılan müzakirələrdə çıxış edənlər hesabat barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Palatanın sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Hesabat Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Sonra iclasda üçüncü oxunuşda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib. Layihə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda “Aviasiya haqqında” 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Diqqətə çatdırılıb ki, təklif olunan qanun layihəsi “Aviasiya haqqında” adıçəkilən qanunun icrası ilə əlaqədar hazırlanıb və Azərbaycan Respublikasının beş məcəlləsinə və on iki qanununa uyğunlaşdırma xarakterli dəyişikliklər edilməsini nəzərdə tutur. Bu qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

