Sülh uzaqda deyil...
17.04.2025 [10:59]
İmzalanma üçün məkan müzakirələri başlayır
Azərbaycan Xarici İşlər Nazirliyinin bu il martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanatı 3 ilə yaxın bir prosesin uğurla nəticələnməsi istiqamətindəki son addım sayıla bilər. Artıq iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni tam həcmdə razılaşdırılıb və növbəti, son mərhələnin ardından illərdir ki, gözlənilən sülhün imzalanması reallaşacaq. Təbii ki, bu, bəlkə də son 50 ilin ən mühüm hadisələrindən biri kimi yadda qalacaq - çünki Azərbaycanın öz ərazi bütövlyünü və suverenliyini bərpa etməsi məhz son onilliklərin ilk və yeganə analoji hadisəsidir.
Sülh üçün...
Qeyd edək ki, Azərbaycan hər zaman sülhpərvər mövqe tutub - hətta işğala məruz qaldığı 30 il ərzində belə münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı kimi çıxış edib. Post müharibə dövründə də qalib ölkə olduğu halda ilk olaraq sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən irəli sürülüb. Ermənistan tərəfindən isə ara-sıra revanşist açıqlamalar hələ də səslənsə də, dövlətin rəsmi mövqeyi sülh formatında görünür. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq. O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir. Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.
Beləliklə, artıq Ermənistan da anlayır ki, sülhün imzalanması istər bölgə üçün, istərsə də yeni geostrateji məqamda qlobal məkan üçün olduqca vacib şərtə çevrilib. O baxımdan ki, son aylarda beynəlxalq aləmdə yaşanan proseslər bəzi amilləri ön plana çıxarıb - yeni iqtisadi planlaşdırmalar, strateji iqtisadi layihələr, hətta yol xəritəsinə çevriləcək addımlar üçün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini ilkin şərtə çevrilir.
Konstitusiyada lazımi dəyişikliklər sülh sənədinin imzalanması üçün heç bir maneə qoymur
Sülh üçün isə bəlkə də, bir addım qalıb - hər iki dövlətin rəsmiləri öz çıxışlarında bu proses üzrə mühüm bir yol qət edildiyini önə çəkirlər. Məsələn, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, biz sülh və sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında ülh sazişinin imzalanması ilə bağlı başqa maneələrlə qarşılaşacağımızı düşünmürük. Azərbaycanla Ermənistan sülh baxımından çox uğurlu bir dövrü geridə qoyub.
Beləliklə, hər iki tərəf prosesin uğurla son mərhələyə qədəm qoyacağına inamını ifadə edir. Xatırladaq ki, Azərbaycan dövləti sülh sənədinin imzalanması üçün Ermənistan onstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin və ATƏT-in Minsk rupunun ləğvi ilə bağlı aktiv addımların atılmasını zəruriliyini bildirmişdi. Antalya Forumundakı çıxışında nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan konstitusiyasında lazımi dəyişikliklər edilərsə, bu dəyişikliklər torpaqlarla bağlı haqq iddiaları məsələsinin həllinə gətirib çıxaracaq. Beləliklə, bu prosesin də qısa zamanda həlli sülh sənədinin imzalanması üçün heç bir maneə qoymur.
Ən mühüm razılaşlamalar sərhəddə əldə edilib
Maraqlı detallardan biri isə sülh müqaaviləsinin harada imzalanması ilə bağlı açılan müzakirələrdir. Ermənistan tərəfi Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir. Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik: “Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm van, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər”.
Vurğulandığı kimi, sülh sənədini imzalamaq üçün qeyd edilən iki şərti yerinə yetirdikdən sonra məkanın seçilməsi məsələsi mühüm məsələlərdən biri kimi önə çıxa bilər. Mirzoyan sənədin sərhəddə imzalanması məsələsinə toxunur ki, praktik cəhətdən bu mümkündür - qeyd edək ki, sülh prosesinin son bir il yarımda mühüm yol qət etməsi ikitərəfli təmasların vasitəçisiz formatda qurulması ilə birbaşa bağlıdır. Xatırlayaq ki, proses çərçivəsində ikitərəfli razılaşmaların mühüm əksəriyyəti məhz bu dövrdə əldə olunub. Beləliklə, sülh sənədinin də ikitərəfli formatda imzalanması mümkündür.
Üçüncü ölkə: Ankara, Astana, Tbilisi...
O ki qaldı, üçüncü ölkəyə, burada fərqli versiyalar irəli sürülə bilər. Məsələn, post müharibə dövründə Azərbaycan ilə Ermənistan arasındakı danışıqlar iki proses üzrə aparılırdı - bunlardan biri Aİ-nin vasitəçiliyi ilə aparılan “Brüssel formatı”, digəri isə Kremlin iştirakı ilə gedən “Soçi prosesi” idi. Üçüncü məkan məsələsi baxımından nəzəri cəhətdən imzalanmanın həm Brüssel, həm də Moskvada baş tutma ehtimalı irəli sürülə bilər. Xatırladaq ki, 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında Ermənistan və Rusiyanın iştirakı ilə üçtərəfli bəyannamələr imzalanıb.
Belə bir məkan kimi uzağa getməmək də olar - bölgənin ən mühüm güc mərkəzlərindən biri olan, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenilənməsində əsaslı rol oynayan, yeni münasibətlər sisteminin formalaşmasının birbaşa iştirakçısı olacaq (Türkiyə - Ermənistan münasibətləri nöqteyi-nəzərdən) Türkiyənin də bu prosesə “ev sahibliyi” etmə ehtimalını irəli sürmək mümkündür. Rəsmi Ankara Azərbaycan ilə müttəfiq və qardaş ölkədir - Ermənistanla isə münasibətlərin normallaşması istiqamətində iş aparılır. O nöqteyi-nəzərdən, “üçüncü ölkə” kimi ən real namizəd statusunda görünə bilər.
Bu sırada Qazaxıstanı da unutmaq olmaz. İkitərəfli formatlı təmaslara məhz rəsmi Astana ev sahibliyi etmişdi. Bu mənada, sülhün Qazaxıstanda imzalanma ehtimalı da ortaya çıxa bilər.
Nəhayət, bu statusda Gürcüstanı da görmək mümkündür. Xatırladaq ki, hələ 2023-cü ilin oktyabrında Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı rəsmi Tbilisi prosesə töhfə vermək rzusunu dilə gətirmişdi və bu, Azərbaycanın dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, “mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

