Azərbaycan-Türkiyə-Pakistan birliyi güclənir
24.04.2025 [09:24]
Pakistan İslam Respublikası Azərbaycanla Türkiyə üçün dost və qardaş ölkə hesab olunur. Uzun illərdir ki, ölkələrimiz həm ikitərəfli, həm də müxtəlif platformalar çərçivəsində fəal əməkdaşlıq edirlər. Aprelin 22-də Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyəyə səfəri və səfər zamanı verilən bəyanatlar bu reallığı təsdiqləyir.
Türkiyə və Pakistan terrorla fəal mübarizə aparır
Liderlərin birgə mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq bölgədə sülhə mühüm töhfə verir: “Qardaş ölkə ilə əlaqələrin inkişafında maraqlıyıq. Xüsusilə hərbi və müdafiə sənayesi sahələrində birgə layihələr bizim üçün böyük əhəmiyyət kəsb edir”. Fevral ayında Pakistana səfəri zamanı bir çox sahə üzrə 25 sənədin imzalandığını xatırladan Türkiyə Prezidenti deyib: “Qəbul etdiyimiz qərarların qısa müddətdə həyata keçirilməsi vacibdir. İnvestorlarımızı Pakistanda daha çox iş görməyə təşviq edirik”. Onun sözlərinə görə, Şahbaz Şərif ilə danışıqlar zamanı Pakistanda fəaliyyət göstərən türk şirkətləri üçün azad iqtisadi zonaların ayrılması məsələsi də müzakirə predmeti olub.
Ərdoğan qeyd edib ki, Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub. O, həmçinin söyləyib ki, iki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək, ortaq layihələr ortaya qoyacaq: “Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə sülh və sabitliyə mühüm töhfə verir. Demək olar, bütün məsələlərdə Pakistanla tam koordinasiyalı hərəkət edirik”. Türkiyə lideri, baş vermiş terror aktı ilə əlaqədar Pakistana başsağlığı da verib: “Terrorun bütün formaları ilə mübarizədə Pakistana dəstəyimiz davam edəcək”.
Şahbaz Şərif: Ərdoğan böyük və cəsur liderdir
Pakistanın Baş naziri öz növbəsində Türkiyə Prezidentinin uğurlu siyasətinə diqqət çəkərək, “Ərdoğan böyük və cəsur liderdir” deyə vurğulayıb. O, bildirib ki, böyük lideri yaxşı liderdən fərqləndirən əsas xüsusiyyət cəsarətdir: “Böyük lider həm də insanların ürəyini fəth etməyi bacarmalıdır”. Baş nazir Türkiyə liderinin bunu bacardığına diqqət çəkib. Şahbaz Şərif güclü iqtisadiyyata çevrilən Türkiyənin, eyni zamanda, böyük diplomatik təsirə malik olduğunu qeyd edib.
Ərdoğan: Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində addımlar atacaq
Mətbuat konfransında xüsusi diqqət çəkən məqamlardan biri isə Türkiyə Prezidentinin Azərbaycanla bağlı söylədiyi fikirlərdir. Ərdoğan qeyd edib ki, Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində addımlar atacaq.
Məlumdur ki, Azərbaycanın hər iki ölkə ilə əlaqələri yüksək səviyyədədir. Eləcə də hər üç ölkə üçtərəfli platforma çərçivəsində önəmli tədbirlər həyata keçirirlər. Bu mənada, üçtərəfli görüşlər ənənə halını alıb. Liderlər arasında ötən il iyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində baş tutan belə bir görüş xüsusi vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında keçirilən üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, islamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulub. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib. Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub.
Üçtərəfli platforma çərçivəsində fəal əməkdaşlıq davam edir
Görüşdə üç ölkənin liderləri suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib.
Həmin görüşdə üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlərin hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçirilməsi qərara alınıb.
Digər sahələrlə yanaşı təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq da Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Son illər hər üç ölkənin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri bir neçə dəfə görüşərək aktual müzakirələr aparıblar. Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirmələri də hərbi əməkdaşlığın əyani nümunəsidir və üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş” birgə beynəlxalq təlimi də buna əyani sübutdur.
Beləliklə, yeni geosiyasi münasibətlərin formalaşdığı hazırkı zamanda üç dövlətin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir. Bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

