İkitərəfli münasibətlərdə lider amili...
25.04.2025 [10:58]
Yüksək dostluq və işgüzar mühitin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır
Sirr deyil ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin güclənməsində lider amili ön plana çıxır. Xüsusilə, müsbət dinamika qazanan iqtisadi əlaqələrin yaxın dostluq, hətta strateji tərəfdaşlıq müstəvisinə qalxmasında lider amilinin rolu danılmazdır. Bu mənada, Azərbaycanın son illərdə beynəlxalq arenada qazandığı nüfuz, tutduğu önəmli yerdə dövlətin düzgün, praqmatik və çevik xarici siyasət yürütməsi ilə yanaşı Prezident İlham Əliyevin dünya liderləri ilə yüksək şəxsi münasibətləri olduqca mühüm yer tutur. Prezident İlham Əliyevin Azərbaycana qısa zamanda Cənubi Qafqazın lideri statusunu qazandırması, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi tranzitini ən real və effektiv ticari yol kimi təqdim etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində yeni təhlükəsizlik arxitekturası qurması bütün dünya liderləri tərəfindən etiraf olunur - bu amil, post-müharibə dövrünün reallıqlarında Azərbaycan liderinin ölkəsini yeni inkişaf mərhələsinə doğru apardığını sübuta yetirir.
İkitərəfli münasibətlərin, eyni zamanda strateji əlaqələrin qurulmasında liderlərin şəxsi münasibətlərinin yaxınlığından danışan zaman, Azərbaycan - Çin nümunəsinə toxunmamaq olmaz. İki dövlətin rəhbəri arasındakı səmimi münasibətlər dövlətlərarası əlaqələrin də yüksək keyfiyyətinə təsir göstərməkdədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri edib. Səfər çərçivəsində Pekində Azərbaycan Prezidentinin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir
Vurğulandığı kimi, iki ölkə arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənir - üst-üstə düşən maraqlar, uzlaşan mövqelər, yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. Ümumiyyətlə, iki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur.
Eyni zamanda, dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir: “Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çinə işgüzar səfər etdim, artıq 2015-ci ildə mənim ÇXR-ə dövlət səfərim oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etdim. Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır”.
Zəngin ikitərəfli müqavilə-hüquqi baza...
Prezident İlham Əliyev qarşıdakı dövrdə Çinə səfərinə də toxunub. Bildirib ki, “əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.
Vurğulandığı kimi, qarşılıqlı səfərlər və həmin səfərlər çərçivəsində daha da zənginləşən ikitərəfli münasibətlər göz oxşamaqdadır. Dövlət başçısının bundan öncəki səfərlərinə baxdıqda mühüm sənədlərin imzalanmasının şahidi oluruq. 2015-ci ilin dekabrında dövlət başçısının Çinə rəsmi dövlət səfəri çərçivəsində 10 sənəd imzalanıb. İki dövlətin başçıları arasında imzalanan ən əsas sənədlərdən biri isə ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” sayılır. Aprelin 22-dən başlayan dövlət səfəri çərçivəsində isə iki dövlət başçısı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıb. Eyni zamanda, səfər çərçivəsində 20 sənəd, o cümlədən energetika sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

