Azərbaycan-İran: Tarixi bağlara əsaslanan mədəni-humanitar əlaqələr
30.04.2025 [10:35]
Ölkələr və xalqlar üçün qonşu olmaq həm məsuliyyət, həm də taledir. Azərbaycan ilə İranı da çoxəsrlik qonşuluq əlaqələri birəşdirir. Bu günlərdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi və Prezident İlham Əliyev tərəfindən böyük rəğbətlə, qonaqpərvərliklə qarşılanması ona dəlalət edir ki, hər iki tərəf həm dövlətlər, həm də cəmiyyətər səviyyəsində qonşuluq münasibətlərinin bundan sonra da dərinəşməsində və daha da möhkəmlənməsində maraqlıdır. Buna əsaslar da var. Səfər çərçivəsində keçirlən tədbirlərdə iki ölkə arasında tarixi bağların, mədəni-humanitar əlaqələrin, hətta qohumluq münasibətlərinin olduğuna xüsusi diqqət çəkilib. “Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”, - deyə Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb.
Oxşar zəngin mədəni irs
Qonşu coğrafiyalarda yerləşən Azərbaycan və İran tarixən oxşar mədəniyyətləri bölüşüblər. Xalqlarımızın həyat tərzi, ruhu bir-birinə çox yaxındir. İran Prezidenti Məsud Pezeşkian da buna xüsusi vurğu edib. Səmimiyyətlə Bakıda özünü Təbrizdə Ərdəbildə olduğu kimi hiss etdiyini bildirən M.Pezeşkian bildirib ki, bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Bunlara ürəkdən bağlıyıq.
Həm Azərbaycan, həm də İran ayrııqda zəngin mədəni irsə malikdirlər. Eyni zamanda, bu zəngin mədəni irs xalqlarımız arasında sıx bağlantı qismində çıxış edib. İki ölkə arasında mədəni-humanitar sahədə əlaqələr, necə deyərlər, xüsusi göstərişər və direktivlər əsasında qurulmayıb, öz təbii axarı, xalqların istəyi əsasında formalaşıb. Belə bir fikri qətiyyətlə ifadə edə bilərik ki, Azərbaycanda və İranda yaranan mədəniyyətlər həm də bir-birini qarşılıqlı şəkildə zənginləşdirib. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassik Azərbaycan şairləri Azərbaycan və fars dillərində böyük əsərlər yaratmışlar. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən dünyada şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunub. Bu xalça dövrünün ən iri və əsrarəngiz xalçası adını qazanıb. 1871-1874-cü illərdə M.F.Axundzadənin 6 komediyası fars dilinə tərcümə edilərək İranda yayılıb. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulub.
Əslən azərbaycanlı olan Məhəmmədhüseyn Şəhriyar öz əsərlərini Azərbaycan və fars dillərində yazıb. Azərbaycanda onun “Heydərbabaya salam” poeması, “Türkcə divanı” çapdan çıxıb. Yeri gəmişkən, M.Pezeşkian Bakıda prezidentlərin iştirakı ilə baş tutan Azərbaycan-İran biznes forumunda Şəhriyarın şeirini səsləndirib və bu, auditoriya tərəfindən alqışla qarşılanıb.
Elmi təcrübə mübadilələri, humanitar əlaqələr...
Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında mədəni əlaqələr davamlı olaraq genişlənib. 2006-cı il dekabr ayının 21-də AMEA Mərkəzi Elmi Kitabxanası və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində “Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı” açılıb. Bu layihə iki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məqsədilə reallaşdırılıb.
Azərbaycan ilə İran arasında mədəni və humanitar sahələrdə tarixən mövcud olmuş sıx münasibətlər informasiya sahəsində də müşahidə edilir. Bu sahədə əməkdaşlıqda AZƏRTAC ilə İRNA arasında tərəfdaşlıq münasibətləri mühüm yer tutur. 2011-ci il aprelin 5-də Bakıda AZƏRTAC ilə İRNA arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanması ilə dost ölkələrimizin bu iki aparıcı media qurumlarının sıx əməkdaşlığı üçün möhkəm hüquqi baza yaranıb. Hər iki ölkənin milli informasiya agentlikləri beynəlxalq media qurumları çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu qurumlardan biri də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatıdır (OANA). AZƏRTAC-ın Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrliyi çərçivəsində 2018-ci ilin sentyabrında Tehranda OANA-nın İcraiyyə Komitəsinin 43-cü iclası keçirilib. İclas çərçivəsində keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafının informasiya təminatı ilə bağlı məsələlər müzakirə olunub.
Qarşlıqlı mədəniyyət həftələrinin keçirlməsi də yaxşı ənənədir. İndiyədək İranda və Azərbaycanda bir neçə dəfə belə mədəniyyət həftələri baş tutub və böyük maraqla qarşılanıb. Eləcə də Tehranda ayrı-ayrı illərdə baş tutan kitab sərgilərində və digər belə mədəni tədbirlərdə ölkəmiz də yüksək səviyyədə təmsil olunub.
Əməkdaşlığın inkişafı üçün...
Hər iki dövlət perspektivdə tarixi bağlara əsaslanmaqla mədəni-humanitar sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Təsadüfi deyildir ki, M.Pezeşkianın ölkəmizə səfəri cərçivəsində qeyd olunan istiqaməti əhatə edən yeni sənədlər imzalanıb. Bunlar aşağıdakılardır:
-“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”. Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə ediblər.
-”Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”. Memorandumu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə ediblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

