Teodoros Rusopulos, Maykl O’Flaherti...
01.05.2025 [10:25]
Avropa Şurasının rəsmiləri Azərbaycana böhtan atmaq üçün növbəyə düzülüb
Son vaxtlar Avropa Şurasının (AŞ) bəzi nümayəndələri tərəfindən Azərbaycana qarşı qərəzli yanaşmaların sayı artmaqdadır. Belə mövqe ortaya qoyanlar beynəlxalq hüququ və ədalət prinsiplərini açıq şəkildə pozurlar. Avropa Şurasının rəsmi şəxsləri də “erməni sevgisi” naminə Avropa dəyərlərini tapdalayır.
Xatırladaq ki, aprelin ortalarında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə irqi ayrı-seçkilik, ölkə hakimiyyəti ilə bağlı böhtan və qərəzlə dolu fikirlər səsləndirmişdi. AŞPA rəhbəri müsahibədə qurumun qərəzli mövqeyinə haqq qazandırmağa çalışsa da, bunu bacarmayıb.
Komissarın bəyanatı yalan üzərində qurulub
Teodoros Rusopulosun ardınca Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti də ölkəmizə qarşı yalan və qeyri-obyektiv fikirlər səsləndirib. Belə ki, aprelin 29-da O, Azərbaycan hökumətini insan hüquqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını “dərhal azad etməyə çağırıb”. Avropa Şurasının rəsmisi öz bəyanatında Azərbaycanda guya bəzi jurnalistlərin, insan haqları müdafiəçilərinin əsassız olaraq həbs olunduğunu iddia edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə AŞ-nin insan hüquqları üzrə komissarının ölkəmizdə aparılan bəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəmə qərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz və əsassız bəyanatını rədd edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuz cəhd adlandırıb. O bildirib ki, milli qanunvericiliyə, beynəlxalq öhdəliklərə uyğun olaraq Azərbaycanda insan hüquq və əsas azadlıqlarına təminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı, sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinə yetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəmə institutları tərəfindən qorunur.
XİN: Maykl O’Flaherti diqqətini bəzi AŞ ölkələrində artan islamofobiyaya, siyasi təqiblərə və digər problemlərə yönəltsin
XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdən azad etmir. Eyni zamanda, insan hüquqları üzrə komissarın bəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəli sürülüb, Cinayət-Prosessual Məcəlləyə ciddi riayət edilməklə müvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütün hüquqları tam təmin edilib. A.Hacızadə Avropa Şurasının insan hüquqları üzrə ali komissarını Azərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalara müdaxilə etməkdən, təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağıraraq vurğulayıb: “Maykl O’Flahertinin diqqətini bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematik problemlərə, artan islamofobiyaya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə, həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarında geniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq”.
Azərbaycana qarşı “hücuma” keçən Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. Təşkilat Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. AŞ nəinki Ermənistanı işğalçı siyasətini pisləmədi, əksinə, erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr, bəyanatlar qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.
Şvabenin “real müxalifət” dərdi
Görünən odur ki, Avropa Şurası islamofob və türkəfob təfəkkürlü dairələrin düşərgəsidir. Bunu sübut edən faktlardan biri də 2024-cü il qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında əsassız olaraq “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb. Bugünlərdə isə Şvabe “Azadlıq” radiosuna müsahibəsində yenə də ölkəmizə qarşı hədyanlar səsləndirib. O, müsahibəsində guya ölkəmizdə demokratiyanın olmadığını, seçkilərin şəffaf keçirilmədiyini deyib. Şvabe hətta Azərbaycan parlamentində real müxalifətin olmadığını da iddia edib. Maraqlıdır, o, “real müxalifət” deyərkən kimləri nəzərdə tutur? Əgər, müəyyən Qərb dairələrinə, antiazərbaycançı mərkəzlərə xidmət edən, o cümlədən AŞ-nin əlində alət olan şəxslərin təmsil olunduqları qrupları nəzərdə tutursa, ciddi yanılır. Çünki onların cəmiyyətimizdə reytinqləri sıfra bərabərdir.
Şvabe kimilər anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və onunla təzyiq dili ilə danışmaq mümkün deyil. Əslində isə, Avropa Şurasının özü dərin böhran içərisindədir. Böhrandan çıxış yolu isə səhvləri etiraf edərək ədalətli, beynəlxalq hüquqa və Avropanın gerçək dəyərlərinə uyğun mövqe sərgiləməkdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

