Laçın səfəri milli birliyin növbəti nümayişi kimi...
01.05.2025 [10:30]
Bu səfər yalnız keçmişə hörmət deyil, gələcəyə inam və birgə məsuliyyətin rəmzidir
Azərbaycanın müasir siyasi tarixində son illər müşahidə olunan ən mühüm tendensiyalardan biri milli həmrəyliyin güclənməsi və siyasi dialoqun institusional əsaslar üzərində inkişaf etməsidir. Bu baxımdan, artıq altıncı dəfə gerçəkləşən və Laçın şəhərinə edilən siyasi partiya sədrlərinin birgə səfəri ölkədə yeni siyasi mədəniyyətin formalaşdığını, milli maraqların ümummilli dəyərlər fonunda prioritetləşdirildiyini bir daha sübuta yetirir. Prezident İlham Əliyevin təşəbbüsü və iradəsi əsasında formalaşan yeni siyasi konfiqurasiya, eləcə də vüsət alan siyasi dialoq və milli həmrəylik kursu tədricən iqtidar-müxalifət münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyıb. Bu siyasətin mühüm bir komponenti kimi həyata keçirilən toplantılar, fərdi görüşlər, eləcə də müəyyən qanunların qəbulu ilə bağlı dinləmələr yeni dövrdə siyasi münasibətlərin inkişafına öz töhfələrini verir. Proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan müzakirələr, görüşlər və birgə səfərlər siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində əsaslı addımlar kimi dəyərləndirilir.
24 siyasi partiyanın sədr və nümayəndələri...
Bəli, qeyd edildiyi kimi bölgələrə birgə səfərlər, xüsusilə işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərlər öz mahiyyətinə və bir çox mühüm xüsusiyyətlərinə görə seçilir. Bu, həm də siyasi iradənin, ortaq mövqenin və vətənpərvərliyin real təcəssümü kimi meydana çıxır. Laçına sonuncu səfər də məhz bu kontekstdə dəyərləndirilməlidir. Qeyd edək ki, artıq sayca 6-cı olan birgə səfərin ünvanı Laçın olub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib. Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.
Azərbaycan tarixinin yeni inkişaf mərhələsi...
Bu səfərlər göstərir ki, partiyalar arasında siyasi baxışlarına, ideoloji əsaslara görə fərqlər olsa da, əsas məsələlərdə - ərazi bütövlüyü, suverenlik, dövlət müstəqilliyinin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi kimi fundamental mövzularda tam konsensus mövcuddur. Laçına birgə səfər bu baxımdan yalnız siyasi həmrəylik aktı deyil, həm də regionda həyatın bərpası və quruculuq işlərinə verilən siyasi dəstəyin ifadəsidir. Ədalət Vəliyev çıxışında bildirib ki, vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir. Suverenliyin tam bərpasının Azərbaycan tarixinin mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsi olduğunu xüsusi vurğulayan Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti sabitlik və dayanıqlı inkişafın zəmanətidir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Odur ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.
Gələcəyə inam və birgə məsuliyyətin rəmzi kimi...
Eyni zamanda, bu kimi səfərlər ictimai rəyə mühüm mesajlar da verir. Cəmiyyət ölkədə siyasi qarşıdurmanın deyil, sağlam dialoqun, qarşılıqlı anlayışın və ortaq məsuliyyətin olmasını əyani surətdə müşahidə edir. Bu, xalqla hakimiyyət, partiyalarla seçicilər arasındakı inam bağlarını da gücləndirir. Milli birliyin bu formada təşviqi, gələcək siyasi sabitliyin və davamlı inkişafın ardıcıllığını təmin edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri fonunda ölkə daxilində siyasi güclərin koordinasiyası, həmrəyliyi strateji əhəmiyyət daşıyır. Laçın səfərini bu mənada yalnız keçmişə hörmət deyil, gələcəyə inam və birgə məsuliyyətin rəmzi kimi də xarakterizə etmək olar. Yeni siyasi konfiqurasiya - yəni islahatçı, açıq və dialoqa əsaslanan siyasi sistem - bu səfərlərlə real möhkəmlik qazanır. Eyni zamanda, digər partiyaların nümayəndələri işğaldan azad edilmiş bölgələrdə görülən işlərlə real şəkildə tanış olmaq imkanı əldə edir. Ədalət Vəliyev onu da deyib ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açıb. Səfər çərçivəsində siyasilər Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar. İştirakçılara bildirilib ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
Beynəlxalq ictimaiyyətə mühüm mesaj...
Nəticə etibarilə, siyasi partiya sədrlərinin Laçına birgə səfəri Azərbaycanın daxili siyasi dinamikasında milli maraqların hər şeydən üstün tutulduğunu bir daha sübut edir. Bu səfərlər həm də beynəlxalq ictimaiyyətə ölkəmizdə siyasi institutların yetkinliyini, ümummilli məsələlərdə vahid mövqe sərgiləməyi bacardığını nümayiş etdirir. Gələcəkdə bu kimi təşəbbüslərin daha geniş miqyas alması ölkədə milli həmrəylik modelinin daha da güclənməsinə, yeni siyasi mədəniyyətin oturuşmasına və Azərbaycanın strateji məqsədlərinə nail olmasına xidmət edəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

