Ağ vərəq üzərində qara ləkə
03.05.2025 [11:58]
“Amnesty International”ın növbəti qərəzli hesabatı
Bəzi beynəlxalq təsisatların ölkəmizə qarşı qərəzli fəaliyyətləri qəbuledilməzdir və qətiyyətlə rədd edilir. Bu günlərdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb.
Ombudsman Aparatından bildirilib ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub.
“Beynəlxalq” təsisatın təzad doğuran susqunluğu və canfəşanlığı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) elə bu ölkənin özündəcə yeni administrasiya tərəfindən ifşa olunması “beynəlxalq” sözü altında pərdələnərək əslində çirkin fəaliyyətlərlə məşğul olan təsisatlarla bağlı məsələni bütün ciddiliyi ilə gündəmə gətirib. Qlobal güc mərkəzləri, xüsusilə də ayrı-ayrı Qərb dairələri tərəfindən yaradılan belə təsisatlar açıq-aydın milli dövlətlərə qarşı “yumşaq güc” və yaxud təzyiq aləti qismində istifadə olunurlar. Həmin təsisatlar bağlı olduqları dairələrdən aldıqları sifarişlər əsasında müstəqillik, suverenlik prinsiplərindən çıxış edən milli dövlətləri hədəfə alaraq onlar barəsində “qara piar “ aparırlar.
Belə təsisatlardan biri də “Amnesty International” təşkilatıdır. Bu təsisat davamlı olaraq Azərbaycanafob dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyalarında fəallıq göstərir. Bunu qurumun təkcə son vaxtlarda yaydığı silsilə hesabatlar bir daha təsdiqləyir. “Amnesty International” ın qərəzçiliyi aşağıdakı iki faktın timsalında ağ vərəqin üzərindəki qara ləkə kimi aydın görünür. Təzada baxın: Erməni lobbisinin təsiri altında olan “Amnesty International” işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü şəkildə gedən erməni əsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb. “Onların (ermənilərin - red.) təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququ nəzərə alınmadı”, - deyə “hüquq müdafiə təşkilatı”nın hesabatlarının birində bildirilib. Bəs görəsən “Amnesty International” niyə Ermənistanın 44 günlük müharibə günlərində təmas xəttindən uzaqda yerəşən Azərbaycan şəhərlərinə kasetli bombalar atması kimi çoxsaylı müharibə cinayətlərini görməzdən gəlir və hesabatlarında bu barədə bircə cümlə də yazmır? Hazırda Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa yaxınlaşıblar. N.Paşinyanın özü Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib. Belə bir şəraitdə “Amnesty International” hesabatlarında Qarabağı “mübahisəli” bölgə kimi təqdim etməkdən çəkinmir. Budurmu “beynəlxalq” təsisatın ədaləti və obyektivliyi?
“Amnesty International”ın Azərbaycanda reallığa qara eynək arxasından baxmasına və baş verənlərə ikili standartlardan yanaşdığına dair faktların siyahısı çox uzundur. Belə bir qərəzli təşkilatın hələ də fəaliyyət göstərməsi bütövlükdə beynəlxalq ictimaiyyət üçün qəbuldeilməzdir. “Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq”, - deyə Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib.
“Amnesty International” yenə də öz ampluasındadır
“Amnesty International”ın son hesabatı da mahiyyət etibarı ilə əvvəlkilərdən fərqlənmir. Necə deyərlər, qurum yenə də öz ampluasındadır. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin bəhs olunan məktubunda, eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təmsilçilik baxımından geniş əhatəyə malik olduğu, inklüzivliyin təmininə xüsusi diqqət yetirildiyi və vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirakına şərait yaradıldığı bildirilib.
Qeyd edilib ki, “Amnesty International” tərəfindən hesabat hazırlanan zaman ədalətlilik prinsipi gözlənilsəydi, həmin sənəddə 1987-ci ildən başlayaraq münaqişə ilə əlaqədar Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə də diqqət olunardı. Ermənistanın beynəlxalq sənədlərə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edərək, azərbaycanlıların yaşadıqları ərazilərə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasına dair zəmanət verməsinin əhəmiyyəti vurğulanıb.
Məktubda Azərbaycanın azad edilmiş ərazilərində insanların hüquq və azadlıqlarına ciddi təhlükə yaradan Ermənistanın mina terroru, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistanın hər hansı məlumat verməməsi məsələlərinə də xüsusi olaraq toxunulub, bu cür faktların tamamilə gözardı edilməsinin təşkilatın insan hüquqları məsələlərinə yanaşmasında ciddi qərəz və ikili standartların mövcudluğunu açıq şəkildə göstərdiyi diqqətə çatdırılıb.
Məktubda, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini, eləcə də saxlanılma şəraiti və sağlamlıq vəziyyətinin daim diqqət mərkəzində saxlanıldığı, Ombudsman təsisatının saxlanılan şəxslərlə bağlı istənilən məlumatın dəqiqləşdirilməsinə daim açıq və hazır olduğu, aparılan araşdırmaların nəticələrinin mütəmadi şəkildə geniş ictimaiyyətə təqdim olunduğu, hesabatda bu kimi məlumatlara istinad edilmədiyi təəssüflə qeyd edilib.
Ombudsman yekunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

