Azərbaycan Rusiyadan izahat gözləyir
06.05.2025 [09:18]
Rusiyada müəyyən qüvvələr iki ölkə arasında münasibətləri pozmağa çalışır
Milli Məclisin deputatı Azər Badamov mayın 4-də Rusiyaya səfəri zamanı hava limanında saxlanılıb və onun bu ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. A.Badamov sonradan Azərbaycana qayıdıb.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Milli Məclisin üzvünün Rusiya ərazisinə buraxılmaması ilə bağlı yerli medianın sualını cavablandırarkən həqiqətən belə bir hadisənin baş verdiyini qeyd edib. Onun sözlərinə görə, Milli Məclisin deputatı Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Deputat Azər Badamova qarşı bu davranış qəbulolunmazdır
Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. “Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”, - deyə A.Hacızadə vurğulayıb.
Məlumdur ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2022-ci ilin fevral ayında tərəflər arasında strateji müttəfiqlik haqqında sənədin imzalanması da bunun göstəricisidir. Həmçinin bugünlərdə Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu da ölkələr arasında əlaqələrin inkişafının göstəricisidir. “Əminəm ki, Azərbaycanla Rusiya arasında bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq”, - deyə, V.Putin məktubda vurğulayıb.
Eləcə də mayın 4-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfəri, onun Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşü də vurğulanmalıdır. Görüşdə pravoslav icmasına Azərbaycanda göstərilən qayğı və s. barədə danışılıb. “Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin”, - deyə, Kirill bəyan edib.
Bütün bunların fonunda Azərbaycan parlamentinin üzvünə qarşı atılan addım ciddi suallar doğurur. Görünən odur ki, Rusiyada müəyyən qüvvələr iki ölkə arasında münasibətləri pozmağa çalışır. Bir daha qeyd edək ki, səfər məhz Rusiya tərəfinin dəvəti ilə həyata keçirilib. Lakin heyətin tərkibinə daxil olan Milli Məclisin deputatı Azər Badamova qarşı atılan addım məntiqli görünmür. Belə “qərar”ın hansı səbəbdən atılması isə açıqlanmayıb.
Rəsmi Moskva məsələyə aydınlıq gətirməlidir
Nəzərə alaq ki, Milli Məclisin deputatına qarşı belə addım faşizm üzərində qələbənin 80-ci ildönümü ərəfəsində atılır və buna da diqqət yetirilməlidir. Yəni deputata qarşı belə hörmətsizlik dövlətə, onun qanunverici orqanına qarşı addım kimi qiymətləndirilə bilər. Bəzi ekspertlər hesab edirlər ki, Azər Badamova qarşı bu davranışın səbəbi onun rusiyalı həmkarı Nikolay Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verməsi olub. A.Badamov azərbaycanlıları təhqir edən “Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyev azərbaycanlıları “şobla”(banda) adlandırmasına sərt reaksiya vermişdi.
Bütövükdə, əgər Rusiya bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən danışırsa, bu kimi addımlar yolverilməzdir. Görünən odur ki, Rusiyada “gözəgörünməz” qüvvələr var ki, hər vəchlə ikitərəfli münasibətlərə xələl gətirməyə çalışırlar. Bütün hallarda ümid edək ki, rəsmi Moskva məsələyə aydınlıq gətirəcək və münasibətlərimizə zərbə vurmağa yönəlmiş cəhdlərin qarşısını alacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

